Ötən il İsraildə uşaqlara ən çox verilən ad Məhəmməd olub

İsraildə 2018-ci ildə də uşaqlara ən çox verilən ad Məhəmməd olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu ölkədə ən məşhur qız adı isə Mayyadır.

Bildirilib ki, yəhudi ailələrində 2018-ci ildə yeni doğulan uşaqlar üçün ən çox qoyulan ad Daviddir. Sonrakı yerləri uyğun olaraq Ariel və Noam tutur.

Müsəlman ailələrində isə Məhəmməddən sonra çox böyük fərqlə Əhməd və Adəm adları gəlir.

Yəhudilərin yeni doğulan qızlara 2018-ci ildə verdikləri Tamar adı ikinci, Aviqayl və Noa isə sonrakı yeri tuturlar. Ərəb ailələrində qızlara qoyulan ən məşhur ad Məryəmdir. İkinci yerdə Şaam, sonrakı yerlərdə isə Cori və Nur gəlir.

635x100

Şərhlər

Ali 2019-07-30 20:20:27

Təhrif edilmis basliqnan tehrif edilmis yalan melumat yaymayin

Son yazılar