"Qarabağ"la matçın taleyi 90 dəqiqədə həll olunacaq" - "Dandolk"un baş məşqçisi

"Uzun səyahət olsa da, hər şey yaxşıdır. Az sonra məşqə çıxacağıq və ardınca iclas olacaq".

APA-nın məlumatına görə, bunu İrlandiyanın "Dandolk" klubunun baş məşqçisi Vinni Pert "Qarabağ" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.

O, "Dalğa Arena"da baş tutan mətbuat konfransında bildirib ki, "Qarabağ" daha yaxşı formadadır: "Bizim də arzumuz var. Onlara qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik".

43 yaşlı mütəxəssis vurğulayıb ki, Azərbaycan çempionu topa daha çox nəzarət edən tərəf olacaq: "Biz də daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Bundan öncə penalti seriyasında qalib gəldiyimizi nəzərə alsaq, bizdə də təcrübə var. Sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq".

V. Pert çempionatda və ölkə kubokundakı matçlarının təxirə salınmasına da toxunub. O deyib ki, kifayət qədər güclü və balanslı komandası var.

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar