"Real" növbəti dəfə məğlubiyyətlə üzləşib

Madrid "Real"ı yeni mövsümə hazırlıqlar çərçivəsində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, "Kral klubu" "Audi Cup" turnirinin ½ final mərhələsində "Alyans Arena"da "Tottenhem Hotspur"u ilə qarşılaşıb.

Oyun London klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu birinci hissəsinin ortalarında Harri Keyn vurub.

İngiltərə komandası finalda "Bavariya" (Münhen, Almaniya) - "Fənərbaxça" (İstanbul, Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar