GÜRCÜSTAN AZƏRBAYCANI RUSİYAYA DƏYİŞİR - 1 yanvar 2020-ci ildən...

Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq.

APA-nın yerli bürosu Gürcüstanın İctimai televiziya kanalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Neft İdxalçıları Birliyinin təşkil etdiyi seminarda bildirilib.

Qeyd olunub ki, 1 yanvar 2020-ci ildən etibarən Gürcüstanda “Avro-4” standartlı dizel yanacağının istifadəsinə qadağa qoyulacaq. Həmin tarixdən etibarən ölkədə yalnız “Avro-5” standartlarına cavab verən dizelin istifadəsinə icazə veriləcək.

Bu səbəbdən Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq. İdxalda yeni alternativin Rusiya olduğu bildirilir.

635x100

Şərhlər

X 2019-07-31 13:23:42

Azərbaycan dizeli cəmisi Avro2 standartına uyğundur.

Əli 2019-07-31 13:23:42

Bizimkilərdə gedib Türkiyədə müasir neft zavodu tikib oradakı ermənilərə iş yeri açırıq özümüz isə AVRO-5 buraxa bilmirik

Müfəttiş 2019-07-31 13:23:42

Bizdə köhnə üsulla hazırlanan dizel yanacağı, müasir traktorlara tökməyə də yaramır...

Son yazılar