Azərbaycanda iki nəfər qarayara xəstəliyinə yoluxub - Onlardan biri ölüb

Azərbaycanda bir nəfər qarayara xəstəliyindən dünyasını dəyişib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib: "İlk olaraq onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb. Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını etimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təsdiqləyiblər".

"Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparmaq qərarına gəliblər. İyulun 25-i xəstələr ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir" - deyə, nazirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, bu xəstəlik xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlikdən, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər ölümlə nəticələnmə faktı olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar