Putinin əsas rəqibini zəhərləyiblər? - Navalnının şəxsi həkimi şübhələnir

İyulun 27-də Moskvada keçirilən icazəsiz mitinqin təşkililə bağlı həbs edilən Rusiya müxalifətinin əsas liderlərindən sayılan Aleksey Navalnı zəhərləndiyini iddia etsə də, Sklifosovski adına xəstəxananın baş həkimi Aleksey Tokarev bu məlumatı təkzib edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Navalnı onu bilərəkdən zəhərlədiklərini qeyd edib və bu şəxslərin təcridxana əməkdaşları olmadığını deyib. Bunun hansı şəraitdə və necə həyata keçirildiyi barədə məlumat verilmir.

Moskva sakinlərini icazəsiz mitinqə çağırdığı üçün hələ iyulun 24-də 30 sutkalıq həbs cəzası alan A.Navalnının vəziyyəti iyulun 27-də kəskin şəkildə pisləşib. Onu bir gwn sonra təcili yardım maşını ilə təcridxanadan xəstaxanaya aparıblar. Müxalifətçinin halı dəyişib, üzündə və boynunda ləkələr, qaşınma əmələ gəlib.

Ancaq xəstəxana həkimləri bunun zəhərlənmə olmadığını bildiriblər və allergiyadan yaranan dermatit olduğunu iddia ediblər. Bir gün sonra Navalnını təcridxanaya qaytarıblar.

Lakin Putinin əsas rəqiblərindən sayılan və Rusiyada getdikcə daha böyük sayda narazı elektoratı ətrafında toplamağa başlayan Navalnının şəxsi həkimi Anastasiya Vasilyeva bildirib ki, onun üzərindəki əlamətlər kimyəvi zəhərlənmənin nəticəsinə daha çox bənzəyir. Bu səbəbdən həkim Navalnının analizlərinin müstəqil tibbi laboratoriyaya göndəriləcəyini deyib.

“AzPolitika”

635x100

Şərhlər

Azər 2019-07-31 17:05:07

Skripalı da belə zəhərləmişdilər.

Son yazılar