Lerikdə toyda kütləvi zəhərlənmə olub

Lerik rayonunda toyda kütləvi zəhərlənmə baş verib.

APA xəbər verir ki, hadisə rayonun Durğan kəndində qeydə alınıb.

Belə ki, Füzuli Mirzəyevə məxsus evin həyətyanı sahəsində toy məclisi keçirilib. Həmin toy məclisində bir ailənin 4 üzvü - 1981-ci il təvəllüdlü Ehtiram Abdullayev, 1989-cu il təvəllüdlü Kəmalə Quluzadə, 2002-ci il təvəllüdlü Yaşar Quluzadə, 2003-cü il təvəllüdlü Yasəmən Quluzadə, 1966-ci il təvəllüdlü İlham Zülfiyev, 1979-cu il təvəllüdlü Mehman Teyyubov, 1997-ci il təvəllüdlü Günay Teyyubov, 1991-ci il təvəllüdlü Mütəllim Teyyubov və 1984-cü il təvəllüdlü Rəvanə Teyyubova qidadan zəhərlənib.

Onlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar