Heydər Əsədov sevincini gizlətməyib

“Həm yeni vəzifə, həm də doğum gününü qeyd etmək çox yaxşı hissdir”

Bu gün 54 yaşı tamam olan yeni kənd təsərrüfatı naziri Heydər Əsədov doğum günü təəssüratlarını eksklüziv olaraq AzVision.az-la bölüşüb. 54 yaşında əhval-ruhiyyəsinin yaxşı olduğunu deyən nazirin fikrincə, kişinin yaşı onun var-dövlətidir.

“Doğum günü çox yaxşı hissdir. Bir il də yaşlandıq. Yaş kişinin var-dövlətdir. Bu doğurdan belədir. Hər şeyə görə Allaha şükür eləmək lazımdır. Yaşamaq elə var-dövlətdir” .

“Həm yeni vəzifə, həm də doğum gününü qeyd etmək çox yaxşı hissdir”-deyə, qeyd edən H.Əsədov yenidən baba olması xəbərini də bizimlə bölüşüb:

“Hətta bu gün nəvəm də dünyaya gəlib, hər şey lap yaxşıdır. Oğlan nəvəm olub. Bununla bağlı sizdən başqa heç kimə bu xəbəri verməmişəm. Daha danışdığımız bəsdir. Hər şey yaxşıdır, Allaha şükür olsun. Bu gün də məni ilk təbrik edənlərdən biri siz oldunuz”.

Nazir doğum günü ilə bağlı dostlarının, tanışlarının onu təbrik etdiyini də qeyd edib: “Dünən, srağagün də təbrik edənlər oldu. Çox sağ olsunlar təbriklərə görə”.

Qeyd edək ki, bu gün Azərbaycanın yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun doğum günüdür. 1959-cu ilin oktyabrın 24-də dünyaya gələn nazir 54 yaşını qeyd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar