“Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb” - NAZİR

Bu ilin I yarısında Vergilər Nazirliyi icmal büdcəyə 4,954 milyard manat vəsait təmin edib.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə nazir Mikayıl Cabbarov məlumat verib.

“Bunun 3,633 milyard manatı vergi və dövlət rüsumlarıdır, 1,321 milyard manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8% vergilər üzrə və müvafiq olaraq 112,5% və 116% məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir”, - o qeyd edib.

M.Cabbarov həmçinin bildirib ki, vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb: “Bu, 2018-ci ildəki 65,8%-lə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3% təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1%-ni artıq icra etmişik. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77% özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektoruna aiddir. Bu da sizin göstərişinizlə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 milyon manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14 % aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40% artım müşahidə edirik”.

Bundan başqa, onun sözlərinə görə, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb: “Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49% artıb, ilin əvvəlindən isə 20% artıb. Bu da hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir”.

635x100

Şərhlər

Ekspert 2019-08-01 09:26:59

2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7907,0 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşürdü.2019-cu il dövlət büdcəsi gəlirləri üzrə Vergilər Nazirliyinin proqnoz planını azaldaraq 7 316,0 milyard manat nəzərdə tutulub və ya 31,9%-i təşkil edir.Yəni dövlət büdcəsində vergi daxilolmalarının payı 600,0 milyon manatdan çox azaldılıb.2018-ci ilin təsdiq edilmiş büdcəsində dəyişiklikdən əvvəl təkcə qeyri-neft sektorundan vergi daxilolmaları 6027,0 milyarda manat təsdiqlənmişdi.Bu göstərici Mikayıl Cabbarovun təyinatından sonra azaldıldı.Əvəzində Neft Fondundan 1750,0 milyard manat transfer olunmalıdır.Hansı müsbət iş ölkə prezidentinə məruzə edilir başa düşülən deyil.

Son yazılar