BAŞ NAZİRSİZ İQTİSADİ MÜŞAVİRƏ?! – Novruz Məmmədov Prezidentin müşavirəsinə qatılmadı

Xəbər verildiyi kimi, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə ediblər.

Maraqlıdır ki, müşavirənin formatında dəyişiklik edilib. Belə ki, indiyədək formalaşan ənənədən fərqli olaraq, bu dəfə prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclası keçirilməyib.

Toplantı daha yığcam formada – əsasən iqtisadi qurumların rəhbərləri, Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın bu sahə ilə bağlı köməkçilərinin iştirakı ilə təşkil olunub. Belə ki, adlarını yuxarıda qeyd etdiyimiz nazirlərdən başqa müşavirədə yalnız Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, prezidentin köməkçiləri Əli Əsədov və Natiq Əmirov, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov iştirak edib.

Göründüyü kimi, sosaial-iqtisadi sahə ilə bağlı mühüm məsələlərin müzakirə olunduğu toplantıda bu sahədə baş verənlərlə birbaşa bağlılığı olan ölkənin Baş naziri Novruz Məmmədov iştirak etməyib. Maraqlıdır ki, müşavirəyə nə o, nə də müavinləri qatılmayıblar.

Bunun konkret səbəbləri məlum olmasa da, qeyd etməyə dəyər ki, ixtisasca fransız dili müəllimi olan Novruz Məmmədovun ölkə iqtisadiyyatı barədə anlayışı və ümumiyyətlə, sosial-iqtisadi sahədə bilik və təcrübəsi barədə nəsə söyləmək çətindir. Hələ ki, onun baş nazirliyi dönəmində ən yadda qalan addımları əsasən cərimə və rüsumların artırılması ilə bağlı qərarları və meşələrdən yabanı meyvələrin, hətta yarpaqların yığılmasına görə cərimələrin tətbiq olunmasına dair qeyri-adi qərarı olub. Xatırladaq ki, cəmiyyətdə narazılığa səbəb olan və ironiya ilə qarşılanan həmin qərar ölkə başçısının göstərişindən sonra elə Novruz Məmmədovun özü tərəfindən geri oxunmuşdu...

Mütəxəssislər isə hesab edirlər ki, prezidentin belə mühüm toplantını daha kiçik formatda keçirməsi ölkə iqtisadiyyatı üçün vacib olan məsələlərə daha yığcam və operativ şəkildə münasibət bildirməyə, qərar və nəticələr çıxarmağa imkan verir. Digər tərəfdən isə bu format ölkə iqtisadiyyatı ilə bağlı həlledici qərarların verilməsində real olaraq əsas rolun və məsuliyyətin kimlərə aid olduğuna dair təsəvvür yaradır...

Onu da qeyd edək ki, N.Məmmədovun məzuniyyətə çıxması ilə bağlı da hər hansı rəsmi xəbər yayılmayıb. Baş nazir hətta iyulun 30-da Nazirlər Kabinetinin növbəti iclasını keçirmişdi ki, həmin iclasda da istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması məsələləri müzakirə olunmuşdu.

C.Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

İ.Mustafaoğlu 2019-08-01 22:42:42

Hörmtəli cənab Prezident Rabitə Naziriyində özbaşnalıqlar hökm sürür, heç kimdən də qorxuları yoxdur ? Aidiyyatı qurumlarda önların qanunsuz əməllərinə göz yumurlar. Xahiş edirən dəyərli vaxtınızdan 5-dəqiqə ayırıb məni qəbul edəsiniz.

Etibar 2019-08-01 22:42:42

SSRİ dövründə Azərybacan iqtisadiyyatı pripiska üzrəinə qurulduğu kimi, indi də həmin qayda ilə hakimiyyət saxta,özü də açıq yalan rəqəmlərlə guya ölkəmiz inkişaf edir deyir.Mən əminəm ki,bu hakimiyyətə yalnız sadəlöv insanlar inanır.

Ardı 2019-08-01 22:42:42

Əmək müqaviləsinin pozulmasını Rabitə Nazirliyi görməmiş, qanunsuz cavab verməkdən kəçinməmişlər ?Məmur özbaşnalığı nəticəsində ailəm 7-ildir ki,əzab içində yaşayır ? İndi də Rabitə Nazirliyi Əmək Müfəttişliyi Xidmətinin məktubunu saymayır, Məhkəməyə də təsir göstərmişlər ki, müddəti keçib ? Hörmətli cənab Prezident ! Məmurlar özlərinə arxeyin olduqları üçün, şikayətimizə baxmırlar,özlərini "Padşah" hesab edirlər ? Şikayətimizə baxılması üçün məmurlar haqqında tədbirlər görməyinizi Sizdən xahiş edirik...

Ardı 2019-08-01 22:42:42

Əvvəlki illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinədə müraciət etmişik,onda da şikayətimizə baxmamışlar,Əlif adlı məmur bildirmişdir ki, həyat yoldaşın qanunsuz işdən azad olunub,ancaq mən qanuni cavab verə bilmərəm,çünki məni işdən azad edərlər.? Nazirlik dəyişildikdən sonra Dövlət Əmək Müfəttişliy Xidməti tərəfindən araşdırma aparılmış və 2019-cu ilin may ayının 3-də cavab verildi ki, həyat yoldaşının əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Həyat yoldaşımın əmək müqavil

S.Ənvərqızı 2019-08-01 22:42:42

Hörmətli cənab Prezident!Ünvanınıza saysız-hesabsız müraciət edərək bildirmişdim ki,həyat yoldaşımı məmurun sifarişi əsasında qanunsuz olaraq, Əmr təqdim edilmədən işdən azad ediblər. Araşdırılmadan müraciətlərim Rabitə Nazirliyinə göndərilib, göndərilən məktublara nəzarət sistemi olmadığından, qanunsuz,vətəndaşın dövlətə olan inamını sarsıdan, dövlətimizi, xalqımızı qəlbən sevməyən məmura öz sədaqətliklərini göstərmək naminə təhrif olunmuş cavab verməkdən(öz ərizəsi əsasında işdən azad olunub)kəçinməmişlər

Mux 2019-08-01 22:42:42

Cənab prezidetnt müşavirədə qiymətlərin bahalaşmasına təcili son qoyulması barədə ciddi tapşırıqlar verdi.Ancaq elə nazirlik və qurumlar var ki,prezidentin göstərişlərini icra etmirlər.Mağazalarda,marketlərdə və ən əsası ARAZ super market ticarət mərkəzlərində biyabırçı qiymət artımı gedir.Niyə bunun qarşısını alan yoxdur?

patriot 2019-08-01 22:42:42

siz elə danişirsiz nə istəyirsiz baş cox baş olan nazirimizdən ğuya orda oturanlar nəsə və nəyisə kəşf edib cixiblar ora elə belə caqiriblar ğəliblər oturublar ğediblər filmin sonu

fikrət 2019-08-01 22:42:42

baş nazir baş sindirir fikirləşirki hansi ğilə meyvəyə hansi ota hansi ğöbələkə qadaqa qoyum ğündəmdə olum bambili

Türk oğlu 2019-08-01 22:42:42

https://www.youtube.com/watch?v=2Gzqp9MAvMQ

Mübariz 2019-08-01 22:42:42

Arifin rəyi ilə razılaşaraq əlavə etmək lazımdır ki,hakimiyyətin bütün orta və yuxarı təbəqələri hamısı biri-biri ilə bağlı məmurlardır və hər biri korrupsionerdir.Sual olunur,nıə üçün 14 il bundan əvvəl qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunu dövlət apparatında işləyənlərin hamısı tapdalayır.Bu qanun qohumların birinin digərinin rəhbərliyi altında işləməyi qadağan edir və hamısındən özünün və gailəsinin gəlirlərini bəyan etməlidir.Amma onlar xalq hörmətsizlikd

Yengibar 2019-08-01 22:42:42

O baş naziri heç görmeseler yaxşıdır.

Vətəndaş 2019-08-01 22:42:42

Bizdə,yəni Azərbaycanda kadrlar belə seçilib yerləşdirilir (Rabitə,Sosial təminat,Rənd təsərrüfatı,mədəniyyət,idman... və baş nazir ) Afərin belə çeçimə!

t.ədalət 2019-08-01 22:42:42

Baş nazir fransız dili müəllimidir.İqtisadi müşasvirədə nədən danışacaq?Ola bilsin ki,Prezidentin növbəti yenilənmə sərəncamı ilə təhsil naziri olsun.

Arif 2019-08-01 22:42:42

Baş nazir olan kəs güclü şəxsiyyət olmalıdır. Öz fikri,ideyası güclü qabiliyyəti və fərasəti olmalıdır ki, nə isə bir xeyirli iş görə bilsin. Bizdə vəzifələrə o insanlar götürülür ki, şkalaya uyğun olsun. 1-ci müəyyən regiyondan olmalıdır. Və eyni zamanda müsbət yox mənfi kriteriyalara uyğun gəlməlidir. Yəni yeri gələndə susmalı, ağa qara deməyi bacarmalıdır. Rüşvət korrupsiya talana da ki, göz yummalı və özü də heç olmasa azdan-çoxdan çırpışdırmağı bacarmalıdır.

Mehdi 2019-08-01 22:42:42

Hacibala demiş,deyirem bu Hacibalaynan,baliq Hafiz debata cixalar.Neteri olar sizce ay sehr yazanlar.Onlara duz 10 milyon adam baxar.Ikiside cox aqili,savadli medeniyyetli intelleqtual adamlardi.

Mister X 2019-08-01 22:42:42

-----------

Murad 2019-08-01 22:42:42

Belke, Ramiz Mehdiyev ve Novruz Memmedov pensiyaya chixiblar ?

EJDER 2019-08-01 22:42:42

GELMIR...HEC OLMASA MUAVINI HACIBALANI GONDERERDI,BIZ AZ KEFIMIZ ACILARDI.ARTUR OTUZ IL ANCAQ DUZLU XIYARLA BIZI ANALOQU OLMAYAN INKIWAFA APARDI,BU NE EDEJEK...NECUN MUSALMAN OLMAQ ,ISTEMIRSEN.BRAVO,SARAKOZI ,NECUN MUSALMAN ILMAQ ISTEMIRSEN,LUKAWENKO CANI

Etibar 2019-08-01 22:42:42

Baş nazir ixtisasca filoloqdur və heç vaxt sosial-iqtisadi məslələrlə məşğul olmayıb.Odur ki,bu sahələrdə heç bir səriştəsi olmayan Novruz Məmmədov sadəcə müqəvva kimi bu vəzifəni daşıyır. Əslində isə onun elə əsas vəzifəsi ölkənin sosial-iqtisadi problemləri peşəkarcasına bilməli və Nazirlər Kabinetinin iclaslarında həll etməlidir. Bir sözlə Nazirlər Kabimneti prezident administrasiyasının şöbəsi sayılmalıdır

Mehdi 2019-08-01 22:42:42

Mirzə AĞ 2019-08-01 22:42:42

Fransanın "Legion" ordeni düşmədi bu fağlra... vay, vay!

Son yazılar