“YÜZ MİNLƏRLƏ ÖLÇÜLƏN ÖDƏNİŞLƏRDƏN DANIŞSIN...” – Əli Həsənovun ailəsinin vəkili

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ildə Bakıda törətdiyi avtoqəzada ağır xəsarətlər almış Türkiyə vətəndaşlarının ittihamlarına qarşı tərəfdən reaksiya verilib.

"Azpolitika.info”-nun 29 iyul tarixli sayında yayımlanmış “Deyirlər, Əli Həsənovun maaşı ilə dolanırıq” – “Yoldaşımı şantaj ediblər” başlıqlı yazıda qəza nəticəsində ağır xəsarətlər almış Türkiyə vətəndaşları Mutalib Tekiş və Songül Tekişin fikirləri yer alıb. M.Tekiş iddia etmişdi ki, Əli Həsənov qəzadan dərhal sonra verdiyi vədlərin üstündən qaçıb və hazırda həyat yoldaşı Songül Tekişin müalicəsinə yardım etməkdən imtina edir.

Həmin yazı ilə bağlı redaksiyamıza Əli Həsənovun kürəkəni, “Gardenia” MMC-nin təsisçisi Elman Allahverdiyevin vəkili Muxtar Mustafayev tərəfindən müraciət göndərilib. Müraciətdə sözügedən Türkiyə vətəndaşlarının mövqeyi şantaj cəhdi kimi qiymətləndirilir və iddia edilir ki, onların məlum qəza nəticəsində yaranan problemləri həll olunub: “Bildiririk ki, Mutalib Tekişin “Habertürk”-ə və "Azpolitika”-ya verdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Belə ki, 2019-cu ilin yanvar ayının sonuna qədər bütün xərclərin ödənildiyini Mutalib Tekiş özü 31 may 2019-cu il tarixdə yayılan videoda etiraf edib. Müayinə və müalicə xərclərindən başqa Mutalib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilib. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilib və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur...”

Müraciətdə daha sonra qeyd edilir ki, M.Tekişin Afrikada biznesinin olduğu və məlum qəza nəticəsində həmin biznesinin çətin vəziyyətə düşdüyü barədə deyilənlər həqiqətə uyğun deyil: “Mutalib Tekiş heç bir əsaslandırma, sübut təqdim etmədən qəza nəticəsində böyük maddi ziyan çəkdiyini, guya, Afrikada bir milyondan artıq zərərə uğradığını iddia edir. Lakin çox maraqlıdır ki, 2015-2017-ci illər ərzində, yəni qəzadan əvvəl özünə aid Türkiyədə tibbi sığorta borcunu maddi vəziyyətinin ağırlığına görə ödəmək imkanı olmadığından həmin sığorta borcu da özünün xahişinə əsasən Elman Allahverdiyev tərəfindən ödənilib. Mutalib Tekişin və Songül Tekişin pul vəsaitlərinin olmaması səbəbindən müalicələrini davam etdirə bilməmələri barədə dəlilləri də inandırıcı deyildir. Belə ki, Türkiyə Respublikasında tibbi sığortası olan şəxslərin bütün müalicə məsrəfləri dövlət tərəfindən qarşılanır.

Bundan əlavə, Mutalib Tekişin “Afrikada milyon dollarlıq investisiyalarının olmasına” dair heç bir sübut olmadığı halda, guya, qəza nəticəsində bu “sərmayələrlə maraqlana bilmədiyi üçün” hamısına həbs qoyulması, mallarının gömrükdə qalması barədə cəfəngiyatların “Habertürk” kimi mötəbər televiziya kanalının yayımlaması təəccüb doğurur”.

Vəkil bildirir ki, Nail Allahverdiyevin atası Elman Allahverdiyev Tekiş ailəsinə dəyən ziyanla bağlı təminat verib və bundan boyun qaçırmayıb: “Qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi “Gardenia” MMC tərəfindən Mutalib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminat verilib, bu təminat bu gün də qüvvədədir, onun yerinə yetirilməsindən imtina edilməyib. Azərbaycan hüquqi dövlətdir və Nail Allahverdiyev törətdiyi əməlin ağırlığına görə məhkəmənin çıxardığı hökmə uyğun olaraq cəzasını çəkir. Mutalib Tekiş tərəfindən əsassız, qeyri-real tələblər irəli sürüldüyündən qanunvericiliyə müvafiq olaraq mübahisənin məhkəmədə iddia qaldırılmaqla həll edilməsi ona təklif edilib. Ona dəfələrlə bildirilib ki, məhkəmədə zərərlə bağlı sübutlar əsasında ziyanın ödənilməsi ilə bağlı barışıq sazişinin imzalanması təklif ediləcəkdir...”

Müraciətdən belə aydın olur ki, Əli Həsənovun ailəsi Türkiyə vətəndaşlarına müalicələri üçün və eləcədə, dəymiş maddi ziyanın qarşılığında 100 minlərlə dollar vəsait ödəyib: “Müxtəlif mətbu orqanlara, kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarda onun müalicəsi ilə bağlı Azərbaycan Respublikasında, Türkiyə Respublikasında yüz min dollarlarla ölçülən müalicə xərclərindən, onlara ödənilmiş vəsaitlərdən bir kəlmə də söz açmır. Bütün müsahibələrdə, yazışmalarında hadisəni törətmiş şəxsin ana babası – Baş nazirin müavini cənab Əli Həsənovun adını hallandırması isə heç bir etik çərçivəyə sığmır, şantaj xarakteri daşıyır...”

Sonda vəkil bu mübahisənin yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə müstəvisində həll edilməli olduğunu bildirib.

“AzPolitika”

635x100

Şərhlər

Əhməd 2019-08-01 15:46:28

Əli Həsənovun ailəsi Türkiyə vətəndaşlarına müalicələri üçün və eləcədə, dəymiş maddi ziyanın qarşılığında 100 minlərlə dollar vəsait ödəyib .MƏN taksi fəaliyyəti ilə məşqulam və növbəti ay başlamamış məndən 18 manat vergi tutulur verməyəndə cərimələnirəm .İndi Vergilər Nazirindən soruşuram bu deyiləm 100 minlərin vergpsi verilib mi verilməyibsə SİZ,vəİNZİBATİ ORQANLAR hara baxır ?niyə

vidadi goyce 2019-08-01 15:46:28

metamorfoza

Vəkilə müraciət 2019-08-01 15:46:28

Bəs bu hörmətli vəkildə ödənilmiş olam 100 minlərlə dolların mənbəi barədə hansı sənədlər möövcuddur? Çünki Əli Həsənovun 20 illik maaşı bu qədər deyil.Bu qaçqınlara ayrılan pullar deyil?Axı 100 minlərlə dollar 10 manat deyil!

yva 2019-08-01 15:46:28

Belələrinə ilişmək pis işdi, başına fırlat at ağzına səsini kəs yoxsa qaraçılıq edecekler çox görmüşük

EJDER 2019-08-01 15:46:28

AYE,QAJQININ PULU YEYEN DE BELE OLER,AYE.BALLAH QUSAJAQLAR.HARINLAMIW NAIL BALA BABASINI YAMAN P...XA SALEB.INDI XARICDE KEYF ELEYER ,AYE,.COREK PULUNU ALEN KIMI BAZARA QAJMAYIN,HA HA HA .INDI NESE BAW NAZIRIMIZIN MUAVINININ SESI CIXMAYER.WEREF ORDENI,WOHRET ORDENI... ORDENI....HH HA H HA BRAVO,MALADES

Son yazılar