Ərdoğan 47 general və admiralı istefaya göndərib

Bu gün Ankarada Beştəpədəki Prezident Sarayında Ali Hərbi Şuranın (YAŞ) toplantısı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, toplantıda 14 general və admiralın daha yüksək rütbəyə yüksəlməsi, 40 polkovnikin general və admirallığa irəli çəkilməsi, 12 general və admiralın səlahiyyətlərinin 1 il, 313 polkovnikin səlahiyyətlərinin 2 il uzadılması barədə qərar verilib. Bu il sentyabrın 1-dən isə 47 general və admiral istefaya göndəriləcək.

Qeyd edək ki, saatyarımlıq toplantıda polkovniklərin və generalların təltif olunmalarının təqdimatı, səlahiyyət müddətlərinin uzadılması, vəzifə təyinatları və təqaüdə göndərilmələri müzakirə edilib.

635x100

Şərhlər

pensioner 2019-08-01 23:55:25

Hər il Türkiyədə aşkar şəraitdə zabitlərin rotasiya prosesi keçirilir. Bizdə isə rotasiya yox,kresloya pərçimləmə prosesi gedir.

t.ədalət 2019-08-01 23:55:25

Belə çıxır ki,Sayın Ərdoğan generalları da Rusiyadan gətirəcək.

Son yazılar