Ruhi Əliyeva avtomobil qəzasına düşüb- FOTOLAR - YENİLƏNİB

"Bir az başım dəyib, ancaq dərhal yoxlanıldım"

Bir qədər əvvəl ailəm.az-a danışan Ruhi Əliyeva qəzaya düşdüyünü təsdiqləyib. Ancaq qəzanın yüngül olduğunu bildirib: “Ciddi heç nə yoxdur. Bir az başım dəyib, ancaq dərhal yoxlanıldım. Heç nə olmayıb. Hazırda yaxşıyam və şəhərdə avtomobil idarə edirəm”.

R. Əliyeva onu da qeyd edib ki, avtomobilə heç bir ziyan dəyməyib.

-----

ATV telekanalında yayımlanan “Özünə bax” layihəsinin siması, biznes-ledi Ruhi Əliyeva bu gün səhər avtomobil qəzasına düşüb. Bu barədə “AzPolitika.info”-ya biznes-lediyə yaxın mənbədən məlumat daxil olub.

Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, hadisə Bakı-Mərdəkan yolunun Qala qəsəbəsi ərazisində baş verib. Ruhi Əliyevanın səhər özünə məxsus “Bentley” markalı maşınıla paytaxt istiqanətində hərəkət edərkən qarşıdan gələn yük avtomobili ilə toqquşduğu bildirilir. Biznes-ledinin ağır xəsarət aldığı, xəstəxanaya aparıldığı da bizə verilən məlumatlar sırasındadır.

Qeyd edək ki, bir-neçə aydır Ruhi Əliyeva övladları ilə birlıkdə Mərdəkanda kirayələdiyi bağ evində yaşayır. Bu barədə bir müddət əvvəl onun özü “AzPolitika.info”-ya açıqlamasında bildirmişdi.

Qəza ilə bağlı məlumatı dəqiqləşdirmək üçün də Ruhi Əliyevanın özü ilə əlaqə yaratmağa çalışdıq. Ancaq biznes-ledininin telefonlarına zəng çatmadı.

Ruhi xanıma Allahdan şəfa diləyirik.

Vəfa

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar