“Əvəz Zeynallını vurmadığım üçün özümə nifrət edirəm” - Kamal Abdullanın vəkili

Muxtar Mustafayev: “Əvəz Zeynallını vurmadığım üçün özümə nifrət edirəm”

Əvəz Zeynallı: “Adam özünü idarə edə bilmədi. Heç kimə yaraşmayan sözlər çıxdı ağzından. Nə dedisə, cavabını da aldı”

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın xural.com saytının baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddia əsasında məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, məhkəmənin hazırlıq iclasında cavabdehlərdən Ə.Zeynallı və E.Baxşəliyeva bu işə Binəqədi Rayon Məhkəməsində baxılmasına etiraz edib.

"Məhkəmənin sədri Araz Kazımovun atası mərhum Nurəddin Kazımovla Kamal Abdullanın yaxşı münasibəti olub. Onun dəfn mərasiminin hazırlanmasında da yaxından iştirak edib. Universitetin həyətində danışanda deyib ki, bu iş Arazın köməyilə həll olunacaq", - E.Baxşəliyeva belə deyib.

K.Abdulla özü məhkəməyə gəlməyib, onun nümayəndəsi kimi, vəkil Muxtar Mustafayev iştirak edib. O, iddiaya əlavələr edib. Məlum olub ki, K.Abdulla əvvəlki iddia ərizəsində göstərmədiyi, lakin özünə qarşı təhqir hesab etdiyi başqa müsahibə və yazıları da məhkəməyə təqdim edir. Ə.Zeynallı məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib: "Cavabdehlərdən Vüsalə Ağabəyli səhhətindəki problemlərlə əlaqədar ölkədə yoxdur, məhkəmədə iştirak etmir. Həm də biz heç əvvəlki iddia ərizəsini almamışdıq, indi yenilərini də verdi. Üçü birlikdə 60 səhifəyə yaxındır, biz tanış olmalıyıq".

Hazırlıq iclasının təxirə salınması məsələsi müzakirə olunanda vəkil M.Mustafayevin "gözləyin, quzu balası kimi təkzib verəcəksiniz" deməsindən sonra prosesdə qalmaqal düşüb. Ə.Zeynallı ona məhkəmə qərarı olmadan əminliklə danışmasını irad tutub. Bundan sonra M.Mustafayev və Ə.Zeynallı bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Vəziyyətin əlbəyaxa dava həddinə çatdığını görən hakim Emin Əliyev M.Mustafayevi məhkəmə zalından çıxarıb.

Muxtar Mustafayev musavat.com-a açıqlamasında bildirdi ki, insidentə səbəb Ə.Zeynallının onun üstünə gəlməsi olub. Müsahibimizin sözlərinə görə, redaktor onun atasını təhqir edib: “Hər şey ondan başladı ki, məhkəmə işə baxır və onun olduğu yer üzrə tərəfləri prosesə çağırıb. Çağırış vərəqəsini də göndərib. Qəzetinin veb saytında ünvanı var, həmin ünvana göndərilib. Mətbuat Şurası “Xural” qəzetini reket qəzeti elan edib. İndi də bu sayt Kamal Abdulla haqqında ağzına gələni yazır, verilişlərində birtərəfli informasiyar verir. Deyir, “bildirişi almamışam. Mən müdafiə istəyirəm, vəkilim yoxdur”. Mən dedim, təmin edilsin. Hakim müşavirəyə getdi. Həmin vaxt ona dedim, “məhkəmə qanuni qərar çıxarsa, icra etməli olacaqsız. Məqsəd sizin maddi cərimələnməniz deyil. Sivil iş aparırıq”. Dedi, mən qərarı icra etməyəcəm. Mən dedim ki, məhkəmə təmin etsə, siz icra etməli olacaqsız. Əks halda cinayət məsuliyyətinə məruz qalacasız”.

M.Mustafayev iddia etdi ki, Ə.Zeynallı bundan sonra xoşagəlməz sözlər deyib və onu təhqir edib: “Şou göstərdilər. Durub öz yerindən üstümə gəldi, atamı təhqir etdi. Bir vergül də yalan danışmıram. Müdafiə üçün vaxt istəyirsə, vaxt verilsin dedim. Aramızda söz davası oldu. Şikayətçi olmayacam. Video qeydiyyat aparılmayıb. Yoxsa Əvəzin atama söyməyinə görə bağışlamıram. Mən onun müdafiə hüququnun təmin olunmasını istədim”.

Müsahibimiz sonda dedi ki, Ə.Zeynallını vurmadığı üçün özünə nifrət edir: “Gələn dəfə də bunu etsə, cavabını assimetrik alacaq”.

Ə.Zeynallı isə bildirdi ki, hər şey 20-30 adamın gözünün önündə olub. Onun sözlərinə görə, prosesin normal getməsi vəkilin maraqlarına uyğun deyildi: “Elə bil birdən-birə ona nəsə oldu. Gəldi ki, təkzib verməlisiz. Dedim, “məhkəmə bitməyib, onu məhkəmə qərarı müəyyənləşdirəcək”. Bu dəfə daha irəli gedərək dedi ki, “Təkzib verəcəksən. Özü də quzu balası kimi”. Sonra yenə etikadan kənar, tərbiyəsiz sözlər işlətdi. “Sənin ağzını skoçla bağlayaram” dedi. Adam özünü idarə edə bilmədi. Heç kimə yaraşmayan sözlər çıxdı ağzından. Nə dedisə, cavabını da aldı. Bəli, nə söyüş söydüsə, dedim, valideynindir, əcdadındır. Görün vəziyyət nə yerdə oldu ki, hakim bunu tutub sürüdü, aşağı saldı. Ordan da hədələdi: “görərsiz nələr edəcəm” dedi”.

Ə.Zeynallı bildirdi ki, bütün hadisələr jurnalistlərin gözü qarşısında baş verib. Salonda kameraların olduğunu xatırladan müsahibimizə görə, vəkil ilk dəqiqələrdə özünü normal aparsa da, sonradan qəfil, qeyri—adekvat şəkildə davranmağa başlayıb: “Hətta məhkəmənin əvvəlində dedi ki, qarşı tərəfin hazırlaşmasına etiraz etmirik. Amma sonradan nəsə oldu və belə davrandı. Nə deyib adekvat cavab olub. Hakim orda otura-otura deyir ki, “quzu balası kimi təkzib verəcəksən”. Məhkəmə çəkişməsi başlamayıb, amma bu adam deyir ki, təkzib verəcəksən, ağzını skoçla bağlayaram. Allahdan səbrimi saxladım”.

Müsahibimiz dedi ki, hadisə ilə bağlı Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırova müraciət edəcək. Müsahibimizin fikrincə, vəkil öyrədilmiş adama oxşayırdı: “Hər şey yaxşı gedəndə, birdən-birə dəli oldu. Ora Kamil Abdullanın adamları gəlmişdi. Onlar da təəccüblənmişdi. Mən özüm məhkəmə təcrübəsi olan adamam, nə qədər işlərdə iştirak etmişəm. Ömrümdə belə vəkil görməmişdim”.

Xatırladaq ki, proses avqustun 9 -a qalıb.

635x100

Şərhlər

Geber 2019-08-01 23:40:17

Müxtar özünəməxsus rusca vnuşeniya ilə hakimlərə sizdirirki bu lap yuxarinin tapşiriqidir əlbəttdə ki aldadir rol oynayir , məqsəd hakimi qorxutmaqdir Müxtar kimə necə harda və nə nümayyiş etməyin incə məqamlarini bilir. Misal : İkinci dəfə o Binəqədi məhkəməsi iclasina ğəlməyəcək , bir az fasilə ğöturəcək vəsair istənilən halda onun Əvəz Zeynalliya qarşi iddia və tələblərə istinad etdiyi qanunlar fiksiyadir iş sadədir :_ o Əvəz Zeynallini naşi və fərasətsiz insan saymiş və bunu özünə inandirmişdir. Əvəzin zəifliyi Müxtara ğörə abirli insan olmasidir !!! Bu nə qədər faciyyə osa da belədir Müxtarin şüürü belə benzinlə işləyir. Burada Əvəz Zeynalliya qarşi heç bir SİFARİŞLİ İŞ yoxdur . Sadəcə Müxtar elə səhnə ğöstərmək istəyir , ki Əvəz Zeynalli abrindan bu işdən əlçəksin müəllimlərin müdafiyyəsindən şəkinsin və imidcini zədələsin bu mümkünsüzdür ,lakin ona aydin deyil . Əvəz Zeynalli həm ictimaiyyətin və Prezidentin diqqətini bu işə cəlb edə bilsə iş qanuni baxilmaqla qanuni də qərar ictimayi faydaya yönəlmiş qərarla nəticələnə bilər və yaxud istənilən halda da belə olacaqdir , çünkü Prezidentin hədə qorxu və tapşiriqi hakimlərə bəllidir . Muxtarin qeyri adekvat :_ay nə bilim əsəbləşdim filan sirf aktyor yaradiciliqidir "psixoloji rebuslu davraniş və şüürla əlaqəli elmi praktik nəzəriyəyəy ğörə Muxtar hətta adi iddia Ərizəsi yazmaq bacariğini da itirib ,köməkşilərinə yazdirir heç buna lüzumu da yoxdur Müxtar Müstafaev sənətin yuksək zirvəsində artiq ox və yayla deyil ğözlə iş vurub qaz tutub qazan doldurmaq həvəsi ağlini da bloklayib axi hami maymaq ola bilməz Müxtari özünü kənardan ğörə bilimir ki , əyninə ğeydiyi qara Vəkil mantiyanin ağ iplrlə tikilmiş hoqqalari artiq ifşa olunub axsadiqini ğörənlər də az deyil.bir mütəxəssis kimi Muxtara müraciyyət edirəm , ğələn iclasa ğəlməkdə özündə cürət tapa bilsə 50 min manat ona mükafat verməyi bəyan edirəm . Bir şərtlə ağilli kamalli insan kimi deyil , ğöturdüyü surət qutusunun ətaləti ilə ğəlsə 50 min manat qonorari məndə. Əğər onun özü üçün sirr saydiqi məqamlari təsfir edə bilirəmsə yəqinliklə bu qarpiz başimla 50 min manatimin olmasi da istisna deyil . Niyə ğəlməyəcək iclasa ? Çünkü əlində işlər var imidcini saxlamaq onun üçün qələbədir və Əvəz Zeynalli ilə bağli işdən mədəni sürətdə qaçmaqa məcburdur , ğuya üstün mövqe ilə , əslində isə fiasko ilə

yusif 2019-08-01 23:40:17

kamal abdulla ozunu cox deyerden saldi

Son yazılar