"Qəbələ" avrokubokla vidalaşıb

“Qəbələ” avrokuboklarda mübarizəni dayandırıb.

APA-nın məlumatına görə, Azərbaycan kubokunun qalibi Avropa Liqasının II təsnifat mərhələsini adlaya bilməyib.

Yarışa bu raunddan başlayan Sənan Qurbanovun yetirmələri Gürcüstanın “Dinamo” klubu ilə cavab oyununda da uduzub. Evdə iki cavabsız qol buraxan “Qəbələ” Tbilisidəki görüşdə 0:3 hesabı ilə məğlub olub. Meydan sahibləri hər üç qolu fasilədən sonra vurublar.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

1 avqust

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ” - 3:0

QOLLAR: Şengeliya, 68, 88, Karikari, 90+3

Baş hakim: Petri Vilyanen

“Dinamo”: 1. Xose Perales, 3. Viktor Monxil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutalya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze

Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Quca Ruxaia, 4. Abdel Medioub, 6. Bakar Kardava, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arpanq Daffe

Baş məşqçi: Feliks Visente Miranda

Qəbələ: 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 21. Fernan Lopez, 77. Merab Qiqauri.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 19. Rövlan Muradov, 74. Yusif Nəbiyev.

Baş məşqçi: Zaur Həşimov

Tbilisi, Boris Payçadze adına stadion

İlk oyun – 2:0

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar