"Xəyanət edərsən, əllərin, danışan dilin yanar" - Fəzail Ağamalı Fazil Mustafaya

“Fazil Mustafanın mənim haqqımda dediyi sözlərə cavab verməyə ehtiyac duymuram. Göründüyü kimi, F.Mustafanın özündən razı və kifayət qədər dolaşıq məntiqə söykənən yazıları, şərhləri sosial şəbəkədə ikrahla qarşılandı və tam əminlik yaratdı ki, Fazil Mustafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir”.

Modern.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı deputat Fazil Mustafanın ona ünvanladığı fikirlərə cavab olaraq bildirib.

Deputat əlavə edib:

“Sübut olundu ki, bizlər tariximizi, tarixi şəxsiyyətlərimizi topa-tüfəngə tutanlarla bərabər deyilik, əksinə onlara həssas və sayqı ilə yanaşan, onları haqsız hücumlardan qorumağı bacaran bütün türk soyunun dəyərli övladlarıyıq. Bizim üçün Metedən və Atilldan başlamış, Babək də, Toğrul bəy də, Şəmsəddin Eldəgiz də, Çingiz Xan da, Osmanlı İmperiyasının dəyərli Sultanları da, Teymurləng də, Uzun Həsən də, Şah İsmayıl Xətai də, Nadir Şah da, Nuru Paşa da, Mustafa Kamal Ata Türk də, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları olan M.Ə Rəsulzadə, Ə. Topçubaşov, F.Xoski də, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də hörmətə, sevgiyə layiq böyük və əvəzsiz tarixi şəxsiyyətlərimizdir. Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan-doğruya kimsən?!”.

Qeyd edək ki, Fazil Mustafanın ordenin ləğvi barədə səsləndirdiyi fikir bəzi həmkarları tərəfindən birmənalı olaraq qarşılanmayıb. Fəzail Ağamalı ilə bərabər deputat Fərəc Quliyev Fazil Mustafanı qərəzlilikdə ittiham edib, onu öz tarixini bilməməkdə günahlandırıblar.

635x100

Şərhlər

Bisavad 2019-08-02 22:16:03

Mıhtərəm deputat deyirsiniz ki,yalan danışanın əlləri, qələm tutan barmaqları, danısan dili yanar. Bir zavodu bir fabriki olmayan köhnələrini sökən yalandan inkişafdan danışanların dili nə üçün yanmır.

Köhnə azərbaycanlı-ardı 2019-08-02 22:16:03

Dördüncüsü tarixin öyrənilməsində məqsəd, tarixdən dərs almaq və gələcəyin addımlarının düzgün atılmasıdır.Bizim Qarabağ boyda dərdimiz var və 2.5 milyon dılğır erməninin qarşısında aciz qalmışıq.Bildiyiniz kimi ermənilər müxtəlif vasitələrdən istifadə edərək 1900-1988 ci illər arasında dəfələrlə Qarabağı Azərbaycandan qopartmağa çalışmışlar.Lakin heç bir rəhbərimizin ağlına belə gəlməmişdir ki, nəinki Zəngəzurun, Dərbəndin, Borçalının işğaldan azad edilməsi barədə, heç DQ-da süni şəkildə artırılmış erməni sayının azaldılması və balansın azərərbaycanlılar tərəfdə olmasına nail olunsun.İndi isə XVI əsrə aid hadisələri çək-çevir edirik ki Şah İsmayıl düz edib yoxsa yox.

Köhnə azərbaycanlı 2019-08-02 22:16:03

Səhv etmirəmsə C.Cabbarlının fikridir: "2 qara buludun toqquşmasından işıq (ildırım) əmələ gəlir".Demək istəyirəm ki həqiqətin ortaya çıxması üçün müxtəlif fikirlər dinlənilməlidir.Bizdə isə hər kəs özünü ağıllı hesab edərək onun kimi düşünməyə hamını məcbur etmək istəyir, qarşısındakının fikirinə nəinki hörmətlə yanaşır, hətta onu təhqir etməkdən belə çəkinmir.Fikrimcə tarixə qiymət vermək çox çətindir. Birincisi tarixi hadisəyə həmin dövrün prizmasından baxaraq qiymət vermək lazımdır, bu da çox çətin məqamdır.İkincisi tarixin kimin tərəfindən qələmə alınması çox vacibdir (stəkanın yarıya qədər dolu və ya boş olması fikri).Üçüncüsü Şah İsmayılla Sultan Səlim arasındakı iki qardaş müharibəsindən sonra Avropada üç gün bayram etmişdilər.

Adəm 2019-08-02 22:16:03

Ay Ağamalı sən özünü Fazil Mustafa ilə müqayisə edirsən.Elə bu özü göstərir ki, sənin nətamamlıq problemin var.Bəsdir, onsuzda sən insanların gözündə.... Özünə hörmət qoymursan CƏHƏNNƏMƏ,HEÇ OLMASA xalqa hörmət elə İndi 21-ci əsrdir.Olmayan papağını qarşına qoy fikirləş.Azpolitika bu yazını verməyəcəkdir ki,təhqirdir.Bu əsl Ağamalının mənəviyyatıdır.

Son yazılar