"NATO "S-400"dən istifadə etməyəcək" - Baş katib

NATO Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksini Alyansın vahid sisteminə inteqrasiya etməyi planlaşdırmır.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO-nun hava hücumundan müdafiə və raket əleyhinə sistemləri “S-400”dən istifadə etməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar