Amerikanın postsovet məkanında dolanbac siyasəti - Təhlil

“Facebook və ya Twitter-də səhifəsi olan hər kəs bizə dost və demokratiya tərəfdarı deyil”

ABŞ-ın nüfuzlu The Hill qəzetində siyasi icmalçı, Amerika Yəhudi Komitəsinin keçmiş ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Ceyson Katsın

Deyəsən, postsovet məkanında bütün separatçıların məntiqi və taktikası eynidir, və onların əsas vəzifəsi qərbyönümlü Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xalqlarının davamlı və müstəqil inkişafına zərər vurmaqdır. Bu müttəfiqlərə dəstək məsələlərində, zəif Amerika administrasiyasının qarşı dura bilmədiyi Rusiyanın neo-imperiya iddialarına uyğun ola bilərmi? Bəzi şübhələrə görə Azərbaycana qarşı erməni hücumu, şərqi Ukraynada gərgin vəziyyət atmosferində, Moskva tərəfindən düzənlənmişdi.

Avrasiyanın xəritəsinə baxış zamanı ABŞ ilə dostluğun, ərazisi işğal altında olan ölkələrə baha başa gəldiyini görmək mümkündür, amma Rusiyanın Ermənistan kimi vassalları nisbətən müdafiə altındadır. Ermənistan unikaldır, onun aşkar qərb əleyhinə siyasətinə baxmayaraq, o Vaşinqtonun siyasi dəstəyindən yararlanır və ondan maliyyə yardımı alır.

Rusiyanın forpostu olan Ermənistan İranla yaxınlaşdı (unutmaq olmaz ki, Ermənistan İrana Avropa silahını ötürüb, onlar isə öz növbələrində İraq inqilabçılarını silahlandırıblar, onlar isə bu silahla amerikalıları öldürürdülər), Ermənistan Rusiyanın hərbi bazaları var, Rusiya hərbçiləri isə onun hava məkanına və sərhədlərinə nəzarət edirlər. Bundan başqa bir ovuc dövlət içində Ermənistan BMT-nin iclasında (səsvermə ABŞ tərəfindən düzənlənmişdi) Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verib.

Ermənistan liderləri ABŞ, İran və Rusiya ilə yaxın olma bacarıqlarından o qədər əmindirlər ki, bundan heç çəkinmirlər də. Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan Bəşər Əsədi yenidən seçilməsi münasibəti ilə təbrik edən azsaylı liderlərdən idi və o, Rusiya vətəndaşını, Moskvada yaşayan oliqarxı Los-Ancelesdə Ermənistan konsulu vəzifəsinə təyin edib.

Regionda baş verən bütün bu hadisələrə Vaşinqtonun reaksiyası necədir? Xoşbəxtlikdən o Ukraynaya dəstək verdi, amma Azərbaycana etdiyi yardım sıfıra bərabərdir. Vaşinqton Rusiyaya qarşı sanksiyaları dəstəklədi, eyni şeyi Ermənistana qarşı da etmək əvəzinə ABŞ Dağlıq Qarabağda erməni separatçılarına birbaşa yardım göstərən yeganə dövlət oldu. Vaşinqton üçün dolanbac mesajlar göndərmək adi haldır.

Bu gün üçün Azərbaycan, Avrasiyada əsas ölkələrdəndir. Bu ölkə NATO-nun Əfqanıstanda əməliyyatları üçün tranzit nöqtəsidir, Rusiya və İranla sərhəd olan yeganə ölkədir, eləcə də dünyanın azsaylı mədəni və tolerant müsəlman dövlətlərindən biridir. Amma Azərbaycanla əlaqələri möhkəmləndirmək əvəzinə Vaşinqton daima Bakını tənqid edir və görməməzlikdən gəlir.

Bakını qərbyönümlü kursdan imtina etmək üçün öz nümayəndələrini göndərən Rusiyadan və İrandan fərqli olaraq, Vaşinqton son dəfə Hillari Klintonun başçılığı altında nümayəndə heyətini 2012-ci ildə Azərbaycana göndərib. Moskva ilə müqayisə edək: Putin 2013-cü ildə prezident seçkiləri ərəfəsində Bakıya şəxsən səfər edib və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. İndi isə bütün bunlara regional görüş və amerikan təsirinin yetərincə güclü olmamasına dair şikayətlər prizmasından baxın.

Postsovet məkanında müttəfiqlərinin təhlükəsizliyini təmin edə bilməyən ABŞ və Avropa real təhlükələrə dair məsələləri həll edə bilməzlər. Kəskin tənqidlə süstlənmiş, Avropa ölkələrinin daimi çəkişmələri ilə səpələnmiş və qeyri-aydın perspektivlər təklif edərək Qərb Rusiyanın qətiyyətli və sərt qüvvəsinə qarşı zəif qüvvə kimi çıxış edir. Tərifli Aİ assosiasiyası razılaşması belə digər namizədlərlə müqayisədə Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutmur.

Azərbaycanın enerji təhlükəsizliyi əsas geo-siyasi məsələdir, bu, 2014-cü ildə Ukraynaya qarşı və 2008-ci ildə Gürcüstana qarşı Rusiya hücumlarının əleyhinə qitənin ölkə rəhbərləri arasında birliyin olmamasından aşkar görünür.

Bu səbəbdən də təbii qazın alternativ mənbələrinin işlənməsi məsələsi prioritetlərdən biri olmalıdır. Bundan başqa, Qərb Cənubi qaz dəhlizini inkişaf etdirmək üçün zəif də olsa arzusunu bəlli edir, bu demək olar ki, Xəzər qazının, Azərbaycanın Şah Dəniz yatağından Avropa bazarlarına çatdırılması üçün praktiki olaraq yeganə hazır layihədir.

Nəhayət, Rusiyayönümlü separatçıların və İŞİD fanatlarının nümunəsi göstərdiyi kimi Facebook və ya Twitter-də səhifəsi olan hər kəs bizə dost və demokratiya tərəfdarı deyil. Bu günlər bütün dünya üçün sınaqdır. ABŞ dostlarını təyin edib dəstəkləməklə öz təsir qüvvəsini bəyan etməli, eləcə də düşmənlərin qarşı durmalıdır. Əks halda ABŞ-ın dünya arenasında nüfuzu azalacaq.

Kats, xarici dövlətləri, QHT və korporasiyaları strateji kommunikasiyalar və siyasətə dair konsultasiya edən, TSG şirkətinin başçısıdır. O, həmçinin bazası Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr və ictimai məsələlər şöbəsinə rəhbərlik edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar