“Porsche” 2 mindən çox avtomobili geri çağırıb

“Porsche” şirkəti Rusiyadan 2055 avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərin kondisionerinin ventilyasiya sistemində qısaqapanma ehtimalı ilə əlaqədar verilib.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2017-ci ilin oktyabrınadək Rusiyada satılmış “Panamera” modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar