OLİQARX OĞLUNUN MİLYONLUQ MAŞINI KANALA DÜŞDÜ - Fotolar + VİDEO

Bir qədər əvvəl Azərbaycanda "Bentley Continental" markalı avtomobil su kanalına düşüb. Hadisənin detalları məlum olmasa da, görüntülərdə sürücü və digər şəxsin avtomobili su kanalından çıxarmaq üçün cəhd göstərdikləri öz əskini tapıb. "Unikal.org"-un məlumatına görə, sözügedən avtomobil Allahverdi Axundova məxsusdur.

O, “Hollywood Şadlıq Sarayı” və “Şərur” MTK-nın sədri “Şərurlu İsfəndiyar”kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğludur.

Bahalı avtomobilləri ilə dəfələrlə gündəmə gələn oliqarx oğlu bu dəfə "Bentley Continental" markalı avtomobilnin su kanalına salması ilə gündəmə gəlib.

Ancaq İsfəndiyar Axundov su kanalına düşən avtomobilin oğluna məxsus olması xəbərini təkzib edib. İş adamı demokrat.az-a açıqlamasında bildirib ki, oğlunun avtomobilinin kanala düşməsi xəbəri yalandır: "O avtomobil mənim oğluma məxsus deyil. Oğlumun avtomobili kanala düşməyib. Əgər düşsəydi, ən azı bir ata kimi bundan xəbərim olardı. O, maşın bizim deyil".

Related image

İş adamı təkzib etsə də, videogörüntülər su kanalına düşən avtomobilin onun oğluna məxsus olduğunu söyləməyə əsas verir. Belə ki,  su kanalına düşən  "Bentley Continental" model avtomobilin dövlət nömrə nişanının 10 VO 200 olduğu görünür.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" avtomobil İsfəndiyar Axundovun oğluna məxsusdur.

Qeyd edək ki, "Bentley Continental" avtomobilinin son modelinin qiyməti 430 min AZN dəyərindədir.

"Bentley" ilə su kanalına düşən şəxs bu biznesmenin oğlu imiş -FOTO-VİDEO

  • "Bentley" ilə su kanalına düşən şəxs bu biznesmenin oğlu imiş -FOTO-VİDEO
  • "Bentley" ilə su kanalına düşən şəxs bu biznesmenin oğlu imiş -FOTO-VİDEO

 

635x100

Şərhlər

İbrahim 2019-08-03 16:36:32

Tovuz rayonunun Əlibəyli ərazi vahidliyinə daxil olan Mülkülü kəndi 1988- ci ildən demək olarki susuzluqdan zülüm çəkir özüdə cəbhə kəndidir votsapla üç dəfə Elvin Basqallıya müraciət eləmişəm ATV-ə kanalına Xəzər -ə Xoşqədəm Hidayətqızına yazdım ki bu məsələni məmurlar qarşısında qaldırsınlar ki bəlkə insafa gəlib tədbir görələr Əfsuslar ki heç kimdən səs çıxmadı Sanki hamı özü üçün yaşayır Xalqın dərdi problemi onları maraqlandırmır Sizlərdən çox xahiş edirəm heç olmasa Allah xatirinə bu işdə bizə

sual 2019-08-03 16:36:32

.....İsfəndiyarın oğlu bentliylə analds baliq tutur nə gözəldi qadan alım hə?

NURəddin 2019-08-03 16:36:32

NECƏ PİS MAŞINDI,EŞŞƏK ARABASINA OXŞAYIR. MƏN BUNU HEÇ TÖVLƏMƏ DƏ YAXIN BURAXMARAM.

Ordubadli Gulam 2019-08-03 16:36:32

Moykaya pulu olmuyub mashini kanalda yumaq istiyib. Zeferan sohbeti yadima dushdu.

Son yazılar