Abşeron rayonunda kişi həyat yoldaşı tərəfindən döyülüb

Abşeron rayonunda döyülmə hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Höküməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Kiçikbəyov Rüfət Hacıbala oğlu ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən döyülüb.

K. Rüfət ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Kohne 2019-08-03 23:41:55

Kicikbeyov ha...

Son yazılar