Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb

 

Türkiyənin hüquq-mühafizə orqanları 19 şəhərdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, Adana vilayət prokurorluğunun, daxili işlər, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb.

Onların FETÖ ilə ordudakı təmsilçiləri arasında əlaqə yaradan “təşkilatın imamları” ilə xüsusi xəbərləşmə sistemi vasitəsilə mütəmadi olaraq əlaqə saxladıqları ehtimal olunur.

Əməliyyat zamanı digər şəhərlərdə saxlanılan şəxslər də Adanaya gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar