Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıb - VİDEO
Baxiş sayı:
Dərc olunub:
04/08/2019 - 14:08
Gürcüstanda narkotik vasitə ticarətində şübhəli sayılan Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rustavi şəhərində polis əməkdaşları 28 yaşlı Q.X.-nin idarə etdiyi avtomobili saxlayıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, saxlanılıb. Q. X.-nin müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı 119 bağlamada 709 ədəd MDMA həbi, 86 ədəd Suboksin həbi, 3 ədəd B8 həbi 28 qram psixoaktiv maddə, 12 qram BİO narkotik vasitəsi aşkarlanıb.
Narkotik vasitə ticarətində ittiham edilən Azərbaycan vətəndaşını 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.