Medvedev Türkmənistana gedir

Rusiyanın Baş naziri Dmitri Medvedev ilk Xəzər İqtisadi Forumunda iştirak etmək üçün 11-12 avqust tarixlərində Türkmənistana səfər planlaşdırır. Virtualaz.org bildirir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

“Azattık” radiosu isə bəyan edib ki, səfər çərçivəsində onun Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovla görüşü və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Q.Berdiməhəmmədovun iyulun 5-dən sonra ictimai arenada, o cümlədən Avropa İttifaqı Xarici İşlər Nazirliyinin rəhbəri Federika Mogerininin iyulun 6-da Aşqabada səfəri zamanı görünməməsi, Türkmənistan Prezidentinin səhhəti ilə bağlı bəzi fərziyyələr doğurub. Hakimiyyət təmsilçiləri dəfələrlə Prezidentin avqustun 15-dək məzuniyyətdə olduğunu bildiriblər. Planlaşdırılan Xəzər forumu isə onun məzuniyyətinin rəsmən başa çatmasından əvvəl başlayacaq.

İyulun 15-də Türkmənistanın dövlət mediası 62 yaşlı Qurbanqulı Berdiməhəmmədovun yeni kitab üzərində işlədiyi və nəvələri ilə oynadığı barədə video nümayiş etdirdi. İyulun 25-də, doqquz günlük fasilədən sonra isə Türkmənbaşı dövlət televiziyasının kameraları qarşısına çıxdı və Aşqabad şəhərinin gələcəyi ilə bağlı bir sıra tikinti layihələrini təsdiqlədi. Yeri gəlmişkən, bu məlumatı “Türkmən Dövlət Xəbərləri” agentliyi yaymışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar