“SƏDƏRƏK”DƏ GÜCLÜ YANĞIN... - 9 nəfər xəsarət alıb + VİDEOLAR (Yenilənib)
Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib.
Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: "10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar".
Bu arada “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş verən yanğında çəkilən video yayılıb. Şahidlərin göndərdiyi videonu təqdim edirik:
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə ilə Toksikologiya Şöbəsinə yerləşdirilib.
Yanğın zamanı bir vətəndaş da xəsarət alıb və təcili xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, yanğın parfümeriya mağazasında başlayıb və şirniyyat anbarına keçib. Yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.
Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Hadisə yerinə FHN-nın yanğın söndürənləri çağırılıb. Yanğın davam edir.
Qeyd edək ki, Ticarət Mərkəzində bir neçə gün əvvəl də yanğın hadisəsi baş vermişdi.
Şərhlər
Son zamanlar Bazarlarda yanğın adı hal alıbdır? Şəki-Bazarında da yanğın olmuş,sahibkarların külli miqdarda malları yanmış,heç bir işçi günahlandırılmamışdır? Bazarlarda yanğının baş verməsinin əsas səbəbkarlarından biri,düzgün olmayan kadr təyinatıdır ? Şəki-Bazar ASC-nə qanunsuz olaraq heç br təhsili olmayan,Mollalıqla məşğul olan,maddi məsul vəzifədə işləməyən, obyektin gözətçisini,nəfisi çox iti olan Eldəniz Hacıağayevi Şəki Bazarına direktor vəzifəsinə təyin ediblər ? Dəmirçinidə Baş mühasib vəzifəsinə