Rəsmi Bakı ABŞ-da atışmalar zamanı ölənlərin ailələrinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın El-Paso (Texas ştatı) və Deyton (Ohayo ştatı) şəhərlərində baş verən atışmalar nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Virtualaz.org bildirir ki, bu barədə XİN-in “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir: "Biz Texasın El-Paso şəhərində və Ohayo ştatının Deyton şəhərlərində baş verən atışmalar nəticəsində günahsız insanların ölümü və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik".

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

Daha bir atışma ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verib. İnsident nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar