İngiltərə Superkubokunu “Mançester Siti” qazanıb

İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

APA-nın məlumatına görə, ötən mövsümün ən yaxşılarının oyunu Londondakı “Uembli” stadionunda keçirilib.

Premyer Liqanın qalibi “Mançester Siti” gümüş mükafatçı “Liverpul”u sınağa çəkib. Mançesterlilər “tripl” müəllifi olaraq kubok və Liqa kubokunu da qazandığından Superkubokda Premyer Liqanın gümüş mükafatçısı ilə görüşüb. Matçın taleyini penaltilər seriyası həll edib. Komandalardan hərəsi oyunun bir hissəsində fərqləndiyindən 90 dəqiqə qalibi müəyyənləşdirməyib. Əlavə vaxtın olmadığı oyundan sonrakı “lotereya”da mançesterlilə daha dəqiq olub – 5:4.

Bununla da “şəhərlilər” ardıcıl 2-ci, tarixində 6-cı dəfə Superkuboka yiyələnib.

İngiltərə Superkuboku

4 avqust

“Liverpul” – “Mançester Siti” – 1:1, pen. 4:5

Matip, 78 - Sterlinq, 12

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar