“Çin Sakit okean bölgəsinin ən böyük təhdid faktorudur” - Pentaqon

“Birləşmiş Ştatlar Çini Sakit okean bölgəsinin sabitliyini pozan əsas faktor hesab edir”.

“Reuters” agentliyinin verdiyi məlumata görə, bu sözlər ABŞ-ın yeni müdafiə naziri Mark Esperə məxsusdur.

Pentaqon rəhbəri rəsmi Pekini “yırtıcı iqtisadi siyasət” yürütməkdə, intellektual mülkiyyəti və qlobal sərvətləri oğurlamaqda günahlandırıb.

“Biz əminliklə inanırıq ki, heç bir dövlətin Sakit okeanda dominantlıq emtəyə ixtiyarı yoxdur. Buna görə də Birləşmiş Ştatlar bölgənin ən zəruri problemlərinin həlli üçün müttəfiqləri ilə çalışacaq”,-deyə müdafiə naziri Avstraliyanın Sidney şəhərində keçrdiyi mətbuat konfransında bəyan edib.

Mark Esper vaxtilə ABŞ-ın monopoliyası sayılan Sakit okean məkanında Çinin ağalığına imkan verməyəcəklərini söyləyib və buna görə rəsmi Pekinə qarşı mübarizə aparmağa hazır olduqlarını bu sözlərlə ifadə edib:

“Biz Çinin hər kəs üçün təşviş və təhdid doğurucu aqressiv davranışlarına qarşı sözümüzü deyəcəyik. Burada söhbət rəsmi Pekinin guya zəruri problemlərini yerinə yetirmək adı altında kütləvi şəkildə silahlanmasından, yırtıcı iqtisadiyyatından, suveren sazişlər üzrə borclarından və dövlət tərəfindən digər ölkələrin intellektual mülkiyyətinin oğurlanmasının təşviq edilməsindən gedir”.

Agentlik ABŞ-ın ən yeni Çinin hərbi texnika ilə təchizatından və onun Cənubi-Çin dənizində süni adalar tikməklə bölgədə özü üçün yeni ərazilər qəsb etməsindən olduqca qəzəbli olduğunu qeyd edib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar