Xilasedicilər dənizdə batan 6 nəfəri xilas edib

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.

Məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Xaçmaz, Mərdəkan, Qobustan, Nardaran 2 və Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar