KİV: İranın Fars körfəzində saxladığı tanker İraqa məxsusdur

Fars körfəzində, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən saxlanılan tankerin İraqa məxsus olduğu bilindi.

"Report" xəbər verir ki, bu barədə İİKK-nun bəyanatına istinadla "IRNA" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, tanker Farsi adası yaxınlığında saxlanılıb.

Bundan əvvəl İranın Fars körfəzində xarici ölkə gəmisini saxladığı barədə məlumat yayılmışdı.

Qeyd olunurdu ki, gəmidə, ərəb ölkələri üçün nəzərdə tutulmuş 700 min litr qaçaqmal yanacağı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar