"BAŞ DİREKTOR "AZƏRPOÇT"DA YOXLAMALARI QƏSDƏN UZADIB" - Maliyyə Palatası ilə sövdələşib?

““Azərpoçt” MMC-nin baş direktoru Maliyyə Bazarlarına Nəzarət Palatasının yoxlamasından öz məqsədləri üçün yararlanmaq istəyir. Belə ki, o, bu yoxlamadan istifadə edərək rabitəçilərin şikayət və narazılıqlarının cənab Prezidentimizə gedib çatmasının qarşısını almağa çalışır…” Bu fikirlər “AzPolitika.info”-ya adının çəkilməsini istəməyən rabitəçilərdən birinin məktubunda ifadə olunub.

Məktub müəllifi qeyd edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən (MBNP) “Azərpoçt”da hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayılıb: “Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aya yaxındır ki, “Azərpoçt” MMC-də yoxlamalar aparır. Ancaq nə kütləvi şəkildə qurumda vəsaitlərin mənimsənilməsini, nə 1 saylı poçt filialının xəzinəsində toplanan və ordan çıxarılan pullarla bağlı qanunsuzluqları, nə də digər cinayət tərkibli nöqsanları, “Azərpoçt”un dağıdılmasını "aşkar etməyiblər". Qururumda gəzən söhbətlərdən isə belə aydın olur ki, Emin Əfəndiyevin “Azərpoçt”dakı fəaliyyəti dövründə maliyyə göstəricilərinin normativlərə, prudensial normalara uyğunluğu yoxdur…”

Daha sonra məktubda bildirilir ki, Maliyyə Nəzarət Palatasının yoxlamaları iyul ayının beşində başlayıb, otuz birində bitməli idi: “Palata “Azərpoçt” MMC-yə bu qurum tərəfindən problemli kreditlərə görə ödənilən kompensasiyaların yoxlanılması məqsədilə gəlib. “Azərpoçt” MMC-nin ixtisasca bankir olan Baş direktoru isə Palatanın gəlişindən öz xeyrinə istifadə etmək istəyib. Plan qurmuşdu ki, rabitəçilərin şikayət və narazılıqlarının cənab Prezidentimizə gedib çatmasının qarşısını ala bilsin. Belə ki, Baş direktor elə hesab edirdi ki, Palatanın “Azərpoçt”da yoxlama aparmağını bilən rabitəçilərin şikayətlərinin və etirazlarının sayı səngiyəcək. Beləliklə də, Baş direktorda xüsusi maraq bəslədiyi və səbirsizliklə gözlədiyi, bankirin "pulkəsən maşını" olacaq “Bakı Poçt Filialı” sentyabrın 1-də sakitcə işə başlayacaq.

Ancaq iyulun sonları Palatanın gəlişinin səbəbini bilən rabitəçilər, baş verən cinayət tərkibli qanunsuz əməllər, hüquq və qanunların pozulması faktları ilə bağlı aidiyyatı üzrə dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına məktub göndərməyə, “Azərpoçt”da yoxlamaların aparılmasını tələb etməyə başladılar. Bundan xəbər tutan Emin Əfəndiyev hansısa yollarla Palatanı qurumda əlavə 1 ay da saxlamağa müvəffəq olub. Palatanı avqustun 31-nə kimi “Azərpoçt”da saxlamaqda məqsəd odur ki, bu müddətdə digər dövlət qurumlarından MMC-yə yoxlama girə bilməsin. Əfəndiyevin də əməllərinin üstü örtülü qalsın ki, "Baki Poçt Filialı"nı sentyabrın 1-də işə sala bilsin”.

Daha sonra rabitəçi “Azərpoçt”da yoxlama aparan auditlərin diqqətinə bəzi məlumatları çatdırıb: “Deyilənlərə görə, bir çox vətəndaşlara plastik kartlar vasitəsilə qeyri-nəğd şəkildə ödənilən kompensasiyaların 1200-1300 manatdan yuxarı hissəsi kartlarda olmur. Bu problemlə qarşılaşan vətəndaşlara qurumun aidiyyatı işçiləri tərəfindən bildirilir ki, qalan məbləğ 1 il ərzində hissə-hissə kartlarına köçuruləcək.

Qeyd edim ki, plastik karta ödənilən kompensasiyalar may ayının 1-dən etibarən vətəndaşlara verildi. Mayın 4-nə qədər heç bir problem və narazılıq yaşanmadı. Ancaq mayın 5-i tarixində 1200-1500 manatdan çox məbləğı olan vətəndaşlar kompensasiyaları almaq üçün kartlarını bankomantlara saldıqda “vəsait yoxdur” cavabı alırdılar. Kütləvi şəkildə “Azərpoçt”a, "Qaynar xətt"ə müraciətlər edildi . Həmin gün - ayın beşində vətəndaşlara verilən cavab bu oldu ki, sistemdə problem var, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri araşdırıb həll edəcəklər. Ayın altısında isə qurum tərəfindən tapşırıq verildi ki, vətəndaşlara məlumat verin ki, kartlarında pul vəsaiti görmədikləri zaman narahat olmasınlar, ilin sonuna qədər hissə-hissə və yaxud bütöv şəkildə pullar kartlarına köçürüləcək.

Bir daha qeyd edim ki, mayın birindən dördünə kimi məbləğdən asılı olmayaraq, hər kəs pulunu kartdan çıxarıb nəğdləşdirə bilirdi. Altısında isə ancaq kartında 500-dən 800-ə qədər vəsait olanlar pullarını nəğdləşdirə bildilər. 1000, 1200 manat pul isə yalnız 50 adamdan birinin kartına köçürülürdü. Mayın sonlarından isə kartlara demək olar ki, yalnız 500-600 manat arası pullar köçürüldü.

Daha yaxşı olardı ki, “Azərpoçt” MMC-də yoxlamalar zamanı auditlər şahidi olduqları nöqsanları - qeyri-rəsmi ixtisarları, vəsaitlərin hansı yollarla mənimsənildiyini, ciddi qanun pozuntularını, “işə qəbulla” bağlı qondarma komissiyanın fəaliyyətini araşdırsınlar. Həmçinin, COLVER sistemilə mənimsənilən vəsaitləri, poçt filiallarının müştəri xidmətləri şöbəsinə göndərilən 100 minlərlə manat pullar, digər qanunsuzluqlar barədə məlumat versinlər. Palata qurumda yoxlama apardığı bu müddət ərzində aşkar etdiyi ciddi qanun pozuntularına göz yummasın”.

Sonda məktubda bildirilir ki, rabitəçilər ölkə mətbuatındakı şikayətlərinin və kütləvi şəkildə cənab Prezidentə yazdıqları teleqramların, şikayət məktublarının cavabsız qalmayacağına inanırlar: “Emin Əfəndiyevin sayəsində ölkə poçtu dağılmaq üzrədir. İnanırıq ki, rabitəçilərin bu fəryadına ölkə Prezidenti İlham Əliyev cənabları səs verəcək. Poçtumuzu sizlərə peşkəş etməyəcəyik! İki əsr yaşa malik, şərəfli yol keçmiş ölkə poçtunu qoruyub saxlayacağıq. Çunki respublikamız 2-ci dəfə müstəqillik əldə etdikdən sonra apardığı məqsədyönlü islahatlar nəticəsində ölkə poçtuna ikinci nəfəs verən Ümummilli lider Heydər Əliyev milli poçt operatorunu qorumağı, ona sahib çıxmağı biz rabitəçilərə həvalə etdi. Odur ki, sizə hələlik burdan səslənirik: hörmətli nəfsi gen-bol “bankir” və onun “əli əyri peşkaları”, bu gün “Azərpoçt” MMC-nin rəhbərliyində ola bilərsiz. Ancaq unutmayın ki, ölkənin rəhbəri var - cənab İlham Əlliyev. Onun poştumuzu qoruyacağına inanırıq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının davamlı olaraq qurumlar üzərində nəzarət tədbirlərini həyata keçirməli və hesabatlarını qanunvericiliyə uyğun olaraq ictimailəşdirməli olduğunu vurğulayan məktub müəllifi, “Azərpoçt”la bağlı da məlumatları gizlətməməyə çağırıb: “Palata şahid olduqları ciddi qanun pozuntularını ört-basdır etməsin, ictimailəşdirilsin. O cümlədən, “Azərpoçt”da yol verilən nöqsanların xarakterik xüsusiyyətləri öz əksini tapsın. Həmçinin, bununla bağlı görülən tədbirlər barədə ictimaiyyət davamlı olaraq məlumatlandırılsın. Hesab edirəm ki, yalnız bu halda Maliyyə Nazirliyinin dövlət vəsaitləri üzərində keyfiyyətli nəzarətini gücləndirmək mümkündür”.

Məktubda qeyd olunanlarla bağlı “Azərpoçt” MMC-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının da mövqeyini işıqlandıqmağa hazırıq.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Ardı 2019-08-07 11:21:37

müqavilə bağlamamışam.Özüm vəkillik etmişəm.Onarın nümayəndələri heç bir arqument gətirə bilməmiş,yalnız müddətin keçməsini fakt kimi ortaya qoymuşlar. Hakimdə,təqdim edilmiş faktları araşdırmamış,Nazir müavini Əli Abdullayevin Etiraz məktubu üstünlük təşkil etmişdir. Nazir müavini Ə.Abdullayevin Etiraz məktubunu Məhkəməyə müdaxilə etməsini,faktlarla ortaya ilkin sənədləri təqdim etməyimə baxmayaraq, müsbət nəticə olmamışdır.İşlədiyim 36-il ərzində heç bir,adicə nöqsanım olmamışdır.Bir sözlə şikayətə baxılm

İ.Mustafaoğlu 2019-08-07 11:21:37

Rabitə Naziriyi tərəfindən Əmək müqaviləm əmək qanunvericiiyin tələbləri pozularaq xitam verilməsini Aərbaycan Respublikası Dövət Əmək Müfəttişliyi tərəfindən təsdiq edilmişdir. Səbail Rayon Məhkəməsinə 2019-cu ilin may ayında İddia ərizəsi ilə müraciət etmişdim. Səbail Rayon Məhkəməsinə Nazirlik tərəfindən 2(iki) nəfər səlahiyyətli nümayəndə göndərməsinə baxmayaraq, Nazir müavini Əli Abdullayev tərəfindən Məhkəməyə Etiraz məktubu ünvanlayaraq tələbim təmin olunmamasını xahiş etmişdi. Vəkil ilə müqavilə

Arif 2019-08-07 11:21:37

Əziz həmkarım, biraz səbirli olun, mən sizi tam anlayıram, inanın ədalət həmişə gec gəlir, amma güc edir, Ramindən incimək lazım deyil, bu adamın təkcə bir günahı var, nə sahəni, nədə idarəçiliyi bilmədiyinə görə, gərək bu vəzifəyə gəlməyəydi, mən sizi əmin edirəm bunlar cəzalarını mütləq alacaqlar amma ürək ağrılarımız budurki, bu gün çölə atılmış Rabitəçilərdə, Ramin və onun komandasıda, bu millətin övladlarıdır.Allah M.Arazı rəhmət eləsin, bu"Daşlar" axırda vətənimizə, millətimizə, dövlətimizə dəyməsin.

İ.Mustafaoğlu 2019-08-07 11:21:37

Nazirin qəbulunda 3-dəfə olmuşam,təhrif olunmuş danışığından heçnə başa düşməmişəm və müsbət nəticədə olmamışdır ? Cənab Prezident,Nazirləri rayonlara vətəndaşların mübahisəli məsələlərini həll etmək üçün göndərir...Əfsuslar olsun ki, nazir R.Quluzadə vətəndaşarın şikayətinə biganə yanaşmışdır ? Rabitədə:- Teleqrafist,Baş əməliyyatçı,Baş kassa rəisi,Böyük mühasib, Baş mühasib və Rəis vəzifələrində qüsursuz işəyən peşəkar kadr, məmur özbaşnalığı nəticəsində işsizlik həyatı yaşayır ? Maraqanan da yoxdur....?

İ. Mustafaoğlu 2019-08-07 11:21:37

Monopoliya edilmiş iqtisadiyyat,Dövlətçilik ənənələrini məhv edərək dövlət maraqarını şəxsi maraqlara qurban edib. Bu Nazirliyin təvəkkürünə görə həqiqəti söyləmək, dövləti xəyanətdir. Məmur vəzifəyə xalqa xidmət üçün təyin olunur,xalqı hakimiyyətdən narazı salmaq üçün yox.Rabitə Nazirliyində belə məmur özbaşnalığl heç vaxt olmamışdır.. Vətəndaşın haqlı şikayətinə, Nazir müavinləri qanunsuz cavab verməkdən kəçinmirlər, aidiyyatı qurumların rəhbərləridə,onarın qanunsuz əməllərinə göz yumurlar............. ?

Shamil Melikov 2019-08-07 11:21:37

Arif mellim tebrikler. Ola bilermi ki ali mehkemede onlar qalib gelsin?

Arif 2019-08-07 11:21:37

Shamil müəllim, onlar rabitəçilərin əksəriyyətini heç bir qanuna uyğun olmadan işdən çıxardıblar, məhkəmə zamanı bular heç bir əsas gətirə bilmədilər qaldı məhkəmələrin davamına bunu Emin Əfəndiyev bilərəkdən edir vaxt qazanmaq üçün, mənə barışıq ərizəni təqdim etdilər cavabında dedim bu gün məni nazir təyin etsələr belə işləmərəm mənə yalnız Eminin və onun ən yaxın qohumu Nüşabə Gözəlovanın qanun qarşısında cavab verməsi lazımdır, bunuda mütləq edəcəyəm.Ali məhkəmə qanunsuz iş görməz buna tam arxayın olun.

butun rabitecilere 2019-08-07 11:21:37

hormetli rabiteciler, arif eliyev rabitede ve tewkilatciliqda biwmiw insandir . men teklif edirem ki onu, rabiteden eziyyet ceken iwciler onun etrafinda birlewerek onun teklifini qebul edek. bizi bu beledan ancaq mohterem prezidentimizle Mehriban xani xilas edecek.

Budag Pervizli 2019-08-07 11:21:37

Xeyri yoxdu eyy. Emin gagha haminizin axrina chixacaq. Qanun zad bu tanimir. Bunun oz qanumlari var. Hech bir shey de edenmiyessiz. Boshuna umuddenmiyesiz enerjinizi tuketmiyesiz deye 1 gardash meslehetimdi sizlere. Hech bir ishchini de gunahlandirmiyin. Hami emrin guludu Emin gaghanin.

Arif 2019-08-07 11:21:37

Məni təbrik edən şərhçiyə, təbrikə görə çox sağolun. tel.050-241-09-59.

İ.Mustafaoğlu 2019-08-07 11:21:37

Arif müəllim, qələbən münasibətilə təbrik edirəm,çünki rabitə sahəsində sizin kimi peşəkar rabitəçilərə ehtiyac var. Son illərin göstəriciləri onu göstərir ki, Rabitəyə qeyri-peşəkar kadrlar təyin olunduğundan,peşəkar rabitəçilər Məhkəmə yolunda qaıblar..Rabitəçilərin şikayətinə əhəmiyyət verməyirlər,qanunsuz cavab verməkdən kəçinmirlər,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar və aidiyyatı qurumların rəhbərəri tərəfindən onların qanunsuz əməllərinə göz yumulur ? Özlərini "kiçik padşah" hesab edirlər...

Arif Əliyev 2019-08-07 11:21:37

Hörmətli Rabitəçilər, bu gün avqustun 14-də, saat 15-10-da, Bakı Apellyasiya məhkəməsi, Səbayıl məhkəməsinin hökmünü quvvədə saxlanmasına qərar qəbul etdi, yəni Bakı Apellyasiya məhkəməsidə, mənim xeyrimə qətnamə çıxartdı.Mən 100%-iz bilirəmki, Azərpoçtun başı-bəlalı direktoru(adam xəcalət çəkir artıq direktor sözündən)vaxt udmaq üçün, Ali Məhkəməyə müraciyyət edəcək.Ən marağlısı ondadırki, divar qutarandan sonra neyliyəcək, gec-tez .... Gözəlovailə birlikdə mütləq qanun qarşısında dayanacaqlar.

Arif Əliyevə 2019-08-07 11:21:37

Hörmətli Arif bəy əvvəla sizi qələbəniz münasibətiylə təbrik edirəm. Sonrasıda sizə zənd çatmır.Necə əlaqə saxlamaq olar?

Hankişi 2019-08-07 11:21:37

Şayyələrə inanmayın.Gözü tox alicənab insan ona göstərilmiş etimadı bu cür taptalamaz.Bedəhtin arxasında heç bir ciddi güvvə yoxdur.Maliyyə nazirliyində birisindən yalvar-yaxar edib Azərpoçta minnətlə tapşırılıb Emin Əfəndiyev.Indi isə islanmışın yağıştan ne qorxusu düşüncəsi ilə dolanmaqdadır.Atalar düz deyib qırxında öyrənən gorunda çalar.

Arif Əliyev 2019-08-07 11:21:37

Hörmətli Kamil müəllim doğrusu həmin maddələrdən xəbərim yox idi mən demək olarki Prezidentdən savayı Baş nazirə bütün güc nazirliklərinə aidiyəti nazirliklər və komitələrə müraciyyət etmişəm əksəriyyətində cavabını almışam Sabayıl məhkəməsi mənim xeyrimə qətnamə çıxardıb amma Emin vaxt udmaq üçün əsasız olaraq Bakı Apellyasiya məhkəməsinə verib hamıyada cavab yazıbki məhkəmədən sonra mənim işdən çıxarılması barəsində cavablandıracaq.Məhkəmələrdən sonra aldığım bütün cavablarla Prezidentə müraciyyət edərəm.

Kamilə 2019-08-07 11:21:37

Eh siz nəyi qoyub nəyi danışırsız. Ölkədə anarxiya hökm sürür .Qanun tanıyan məmur vətəndaşı məhkəmələrdə süründürməz..indi qanuna baxan var?Emin qanun tanısaydı indi biz rabitəçilər bu duruma düşərdikmi,Baş vurmadlğım hüquq mühafizə orqanları qalmayıb. Özüdə faktla sübutla .özləridə etiraf edirlərki Eminə nəsə etmək iqtidarında deyillər.çünki arxası çox yuxarılara bağlıdır.Di mübarizə apar görüm necə aparırsan .Ona görə mən Arif bəyi dəstəkləyirəm və onun müraciətinə qoşuluram .Bunun əlacı yalnız şəxsən prezidenti görüb hər şeyi ona nəql etməkdir.

İ.Mustafaoğlu 2019-08-07 11:21:37

Hörmətli Rabitəçilər,bizim müraciətərimiz cənab Prezidentimizə çatdırılmır,çatdırılsa çoxdan rabitəçilərin hüquqları müdafiə olunardı...Rabitədə sağlam mühit yaratmaq üçün, dövlətimizi qəlbən sevən rabitəçilər birləşərək cənab Prezidentimizə Nazirlikdə və tabeli strukturlarında yaranmış acınacaqlı vəziyyətlə əlaqədar KİV vasitəsilə müraciət etməliyik. Biz göydə Ulu Tanrımıza,yerdə isə cənab Prezidentimizə güvənməliyik.Məmur özbaşnalığı nəticəsində tapdalanmış hüquqlarımız yalnız c.Prezidentimiz tərəfindən m

Arif Əliyev 2019-08-07 11:21:37

Sovetlər dönəmində texnikoma daxil olmaq çətin idi, nəinki İnşaat İnstitutuna, bu bəlkədə indidə belədir, həmdə bu institda maliyə tədrisləri sıfır dərəcədə idi, indi özünüz təsəvvür edin bundan necə maliyəçi çıxardı,mən bu adamla ikidəfə görüşmüşəm, poçtda yeniliklərin edilməsinin vacibliyini israrla bildirmişəm, çox təssüflər olsunki ona bunları söylədim, bu adamın cavabında gördüm həm elmdən, qanundan, məntiqi fikirlərdən çox piyadədir.

Poshtalyon 2019-08-07 11:21:37

Arif Eliyevi destehliyirem. Nezere alin ki hele rayonlarda eminin qanunsuz chixartdigi xeyli ishchilerimiz var. Onlar da galib bawsiz.

Arif Əliyev 2019-08-07 11:21:37

Hörmətli poçt və rabitə işçiləri, biz əsas fikirlərimizdən yayınırıq, sizlərin aqresiyası başa düşüləndir, amma biz insanların şəxsi həyatına girməməliyik, bunun üçün ölkə qanunlarına uyğun mübarizə aparmalıyıq, mənim telfon nömrəmi bütün rabitəçilər bilir, o, cümlədəndə bu saitdə qanuni çərçivədə mübarizə edənlər, əlaqa saxlayaq, Prizidentimiz İlham Əliyev Cənabları ilə görüşək bu işdə yalnız bizə ölkə başçımız kömək dura bilər, ən azından həqiqətin araşdırılmasında bizə yardımçı olar.

Kamil 2019-08-07 11:21:37

Hörmətli Arif müəllim bu cür problemlərlə hamı yalnız Prezidentə müraciət etsə nə olar? Qanun var bunun üçün hüquqları pozulmuş insanlar vəkil tutub aidiyyətı üzrə müraciət edib bəlkə də ədalətə nail ola bilərlər Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə nəzər yetirin

Bank emeliyatchisi 2019-08-07 11:21:37

Emine bankir bankir deyirsiz amma o hech bank ishini de duzemmmelli bilmir. Onunki ancaq ordan burdan tas alib ...

Vetendasha 2019-08-07 11:21:37

Ele men de ilk gunnen onnan shubhelenirdim. Hetta bu yaxinlarda iclasda iki cavan oglani durguzub onlari numune getirib her kese. Chox qeribedir.

Vətəndaşa 2019-08-07 11:21:37

Burda faciyəli heçnə yoxdur, Avropa standartlarına uyğunlaşmadır.

Vətəndaş 2019-08-07 11:21:37

Azərpoçtu idarə edənlərdən biridə qeyri-peşəkar kadr kimi tanınan,MTN-nin çetesində adı dəfələrlə hallanan Rəsul Bayramovdur.........................? SSRİ dönəmində onu rabitənin qapısınada qoymazdılar...................?

Köhnə rabitəçi 2019-08-07 11:21:37

kef edillər nazirlik partlayır azərpoçtun rəhbərləri yiyir heç bir priziden adminstrasiyası onlara heçnə deyə bilmir çox şikayətlər etmişik amma heç bir nəticə öz haqın tapa bilmir çox qorxulu bir nazirlikdi ona görədə Emin heç kəsdən qorxmur amma bilmir ki axırda yıxılan Emin,Əlizamin,Novruz,və sairə olacaqlar

Rəşadət 2019-08-07 11:21:37

Allah siz özünüz poçt işçilərinə rəhm edəsiniz,görürsünüzdə gör kimlər poçta rəhbərlik edirlər.

Vətəndaş 2019-08-07 11:21:37

Bəlkə Emində... vay vay gör rabitəçiləi kimlər idarə edir..

Poçt işçisi 2019-08-07 11:21:37

5000 MİN İNSANI İSTİSİMAR EDİR İDARƏÇİLİK ONLUĞ DEYİL!

İ.Mustafaoğlu 2019-08-07 11:21:37

Hörmətli cənab Prezident,Rabitə əldən gedir? Uzun müddət Rabitədə müxtəlif vəzifələrdə qüsursuz işləyən bir kadr məmurun şəxsi maraqarı üzərində qurulmuş sifarişi əsasında işsizlik həyatı yaşayır? NRYTN-i iş fəaliyyətimi təhlil edərək tədbir görmək əvəzinə, məmurun sifarişinə üstünlük verir. Dəfələrlə qəbulunuza düşmək üçün müraciət etməyimə baxmayaraq,nəticəsi olmamışdır. Dəyərli vaxtınızdan 5-dəqiqə ayırıb,məni qəbul etməyinizi Sizdən xahiş edirəm.Allah Sizi qorusun,yoxsa kiçik padşahlar bizi məhv edərlər

Moskvali Aydin 2019-08-07 11:21:37

Bunu Moskvada yashayan chox az adam bilir. Amma Emin Efendiyev ....

Emeliyatchi 2019-08-07 11:21:37

Emin efendiyev iclasdarda deyir ki menim hech vecime de deyil mennen ne yazirlar goy yazsinlar. Ozunu tox tutmaq istiyir.

arif eliyeve 2019-08-07 11:21:37

hormetli arif muellim men sizi nece iller qabaq taniyiram hem savadiniza wexsiyyetinize insanliqiniza hormetim var o letife size yox hansi ki size herif sehvi tutub kimlerese ders demeyinden yazana idi yeni ozlerinin hec neden anlayiwi olmadan 40 ilin rabitecisine herif sehvi tutur komputerde olur herden gorursen barmaq sehv duwdu ona gore baqiwlayin ve cumleni tam ehate ede bilmedimse(letifede) uzurlu hesab edin. sizlere uqurlar 0

poçtalyon 2019-08-07 11:21:37

Məncədə yaxşı fikirdi gün təyin edin, yığışağın bir yerə bizi Cənab Prezidentimizə qarşı çıxaran bu soysuzların cavabını verək. prezidentimizin islahatlarına ləkə gətirən ölkəni talayan bu mafiozların əlindən Azərpoçtu, poçtumuzu xilas edin Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva

Bankire 2019-08-07 11:21:37

Onun legebi tas emin yox ey surme qashli emin olmalidi. Neche defe yaxinnan gormushem gozlerine chekir. Butun gunu gorushlerde olur axi gesheng gorsenmek uchun. Zarafat deyil 5000 insani idare edir.

monitorinqə 2019-08-07 11:21:37

Rabitəyə bu gün monitorinq yox, mantyor, poçtalyon lazımdır!

poctalyon 2019-08-07 11:21:37

yeyinti uzre banglardanqovulanlari azerposta getirmeleri ile baqli cox yazilib. nezer salin bolgelere abweroh, sumqayit, lenkaran ve.s bunlarin hansi powt iwini bilir? ruwvetxor pyanisqa nece ireli getmek olar bu cur iwcilerle

Keçmiş rabitəçisi 2019-08-07 11:21:37

Hörmətli haqsız işdən azad olunanlara aldadılanlara üzümü tutub deyirəm belə bunlar bizim yazdıqlarımıza məhəl qoymurlar gəlin yığışaq bir yerə görsünlər ki, biz qorxmuruq bizim qanun çərçivəsində haqqımızı tələb edirik və Azərbaycan Prizidetindən İ. Əliyevdən xanım M. Əliyevadan öz işimizlə bərpasını xahiş edək və Azərpoçtun kimlərin əlində olduğunu bildirək rüşvət onların gözünü bağlayıb nə dövləti nədə dövlətin tək əmrini bilmirlər

monitorinq 2019-08-07 11:21:37

ele hami yazir emin mellim powtu bilmir bangdan gelenler bilmir. bilmirler? ne olar bilecekler da meger dunyanin axiridsir? yavaw-yavaw oyreneceyik da? ne qeder olar

Köhnə rabitəçiyə 2019-08-07 11:21:37

Problem yoxdur mən iki əllə razı .danışıb vaxt təyin edək harada deyirsiz yığışaq.

Azərpoçtun işçisi 2019-08-07 11:21:37

Azərpoçtda olan yoxlama üç saylı filalın rəisi Eminin qanunsuz olaraq bir neçə poçtu internet kulublara arendaya verilməsini aşkarlayıb?aşkarlamayıbsa çox pis, sabah həmin qəbzlər adamın üzünə durar.

Bankir 2019-08-07 11:21:37

Eminin bankda leqebi de variydi tas emin. Eli chatan her yerden o mesele... hetta tapshla da ishe duzelenlerden tas alib qebul edirdi. gorunur kohne adetini hele de buraxmayib.

Arif Əliyev 2019-08-07 11:21:37

Artıq vaxtır, biz bütün gücümüzü KİV-lərinə vermişik, əslində ölkə başçısıyla görüşə cəhd etməliyik, faktları subut etməliyik, mənim bildiyimə görə bunlar yuxarı təşkilatları inandırıblarki, pensiya yaşını keçmiş 5-6 nəfəri işdən çıxarmışıq, onlarda KİV-də səsküy salırlar, gedək qoy gözlərilə görsünlər biz pensiyaçıyıq ya yox.

İ.Mustafaoğlu 2019-08-07 11:21:37

Hörmətlə cənab Prezident, Sizin ünvanınıza saysız-hesabsız müraciətər etməyimə baxmayaraq,müraciətlərim sizə çatdırılmır ? Bu səbəbli Rabitə Nazirliyində özbaşnalıqlar hökm sürür,belə qanunsuzluqlar Rabitədə heç bir vaxt baş verməmişdir ? "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu NRYTN-də işləmir ? Dövlət bir neçə qoçunun,əlində aciz qalıb? Nəyə görə hüquqi dövlətdə, dövlət bir neçə məmurun əlində aciz qalıb ? Vətəndaşın dövlətə olan inamına balta çalırlar ? X.edirik qəbul edin

Bilender 2019-08-07 11:21:37

Palata meselenin ictimayileshdiyini gorub artiq azerpoctnan gizli sovdeleshmesini legv edib. Butun xetalar yoxlama Aktina yazilacaq.

azerpost 2019-08-07 11:21:37

hormetli azpolitika redaksiyasin bu kasib insanlarin qayqisina qaldiqiniz ucun butun heyete cox saq olun deyirem . bir xahiwim de var.zehmet olmasa ...... manwetde eminin wekilini pawinyani boyrune salin ...

Elman 2019-08-07 11:21:37

Arif qardaşım siz düz deyirsiz mən bilirəm ki poçtlar bərbatdı 21 saylı poçt bütün poçtlardan bərbatdı çünki yəsi yoxdu oranın bütün pasyolka dad edib şikayət edilər amma tədbir görülmür pulunu verib yeyib içmək verib gənədə istədiklərini edirlər guya Azərpoçtun xəbəri yoxdu niyə yoxdu var çünki onları yedizdirirlər həmçinində nazirlikdən gələn yoxlamanı məndə olan dəlilərə qulaq asan olsa qanı içində donar hələ gözləyirəm lazımı olan yerlərdə onu açıqlayacam Azərpoçtun baş direktoru bilməsin ki biz qanundan kənarıq xeyir qanun hamı üçündü

arif eliyeve 2019-08-07 11:21:37

molla yol ile gedirmiw 1yol qiraqinda qoyun otaran coban soruwur, molla o nedir uzunqulaqin yukunde. molla deyir deyirmana gedirem 1 terefi buqda 1terefinede daw qoymuwam ki, eyilmesin.coban deyir mo0lla olmazdiki buqdani bolerdi 2 yere uzunqulaqada yungul olsun.molla deyir ay coban buqeder bilensense niye coban olurdun

Arif Əliyev 2019-08-07 11:21:37

yeniliklər əvəzinə rabitəçiləri kütləvi şəkildə çölə atıb, rabitə müəssələrini qanunsuz yolla özəlləşdirirlər, bəlkədə hansısa qara quvvələr bunu onlara məcburən etdirirlər, bunu Allah bilər!Bundan qabaq məlum rabitə hadisələrini, Milli Təhlükəsizliyin üzərin yıxdılar, görəsən budəfə ifşa olunmuşlar, cinayətlərini kimin üzərinə tökmüş olarlar,lap desək onlardan biri əmlak amma bu bəs eləmir, bəs daha kimi kimləri?.Qaldı sizin məktub unünvan üzrə çatdırılmamasına bunu günahı Allah qəni-qəni rəhmət eləsi.Ardı

Arif Əliyev 2019-08-07 11:21:37

Nədir yeniliklər, poçtun qəbulunu poçtun çeşidləməsindən və çatdırmasından ayırmaq lazımdır, poçtlarda çeşidləmə və çatırma olmamalıdır, bunun üçün ilkin(yalnız keçid dövrü üçün)rayonlarda çatdırma mərkəzləşmiş formada olmalıdır, həmçinin Bakı şəhərində, bununlada poçtda yenilikləri başa çatdırmış olarıq, buna yalnız sahəni bilmək və istək lazımdır bu mütləq olacaq, geci-tezi var, bunun qarşısını almaq olmaz biz tədric olunmuş ada dövləti deyilik, baxmayaraqki Ramin Quluzadə kimilər rabitədə vacib olan ardı

Arif Əliyev 2019-08-07 11:21:37

Elmanə, Poçtda islahatlar çox gecikdi, təssüflər olsunki Ramin Quluzadə və onun rabitədən anlayışları olmayan komandası, rabitədə yeniliklər əvəzinə, indiyə qədər Azərbaycan tarixində belə rusvayçılıq, rüşvətxor, özbaşınalıq halları geniş vüsat almamışdı.Poçtda yeniliklər(islahatlar)etmək üçün Amerikanı kəşv etmək lazım deyil, palaza bürün ellə sürün deyib Atalarımız, yəni inkişaf etmiş dövlətlərdə, umumiittifaq poçt birliklərində, gedən praseslərə zəka ilə yanaşıb, məntiqlə hərəkət etmək lazımdır.Ardı

Elman 2019-08-07 11:21:37

Salam işsiz qalan vətəndaşlar gör nə qədər şikayətlər var amma hələdə bunlar oturub kreslonu qucaqlayıblar bir məmur yerindən tərpənməyib bu qədər haqsızlıq olar niyə tədbir görülmür ona görədə dövlət idarələri bunlar kimi bərbad gündədi poçtlarda yeyinti poçtalionlara özdəri bilən kimi səlahətlər verilir məktublar və teleqramlar ünvana çatdırılmır yalandan üstünə yazılır ünvan düz deyil yada ünvan tapılmadı məhkəmədən məktub gözləmişəm məhkəmə mənə göndərib amma mənə çatmayıb düz 3 məktub belə dala qayıdıb budu bunların işləri sonrada düzlükdən danışırlar istiyilər biz əziyyət çəkənlər yığılıb bir yerə Azərbaycan Respublikasının Prizidentinə müraciət edək və ruşvətxorların axrına çıxaq

Vetendash 2019-08-07 11:21:37

Maliye bazarlarina nezaret palatasinin evvelki rehberi Rufet aslanli banklarla davamli gizli sovdeleshmeleri aldigi bexshishler sebebinden ishden chixarilmishdir. Palatanin rehberliyi sovdeleshmeler etmezden gabag yaxshi fikirleshmelidir.

Kamil 2019-08-07 11:21:37

emin əfəndiyevdə 10 kq arpa varidi. Bu arpanı 3 və 7 Azərpoçt əməkdaşından istifadə etməklə iki eşşəyin arasında tam yarı (5-5) necə bölmək olar?

Poct Emeliyatchisi 2019-08-07 11:21:37

Colvirde bezi poct baglama odenishlri sisteme vurulmur. Evezinde lazim olan yerlere chatir. Hechbir yoxlama da onu "gormur"

Elman 2019-08-07 11:21:37

Birdəfə olsun ki, burda yazan əməkdaşlardan birini çağırıb soruşmusunuz sizə nə lazımdı nə köməklik göstərək olub belə bir şey amma başınızın üstündə Allahı görün əgər Allahı tanıyırsınızsa olmayıb çünki pul olan yerdə o ola bilməz bunu əminliklə deyə bilərəm sizin başınızın üstündə baş direktor durub ətrafınızda müavinləriniz olar ona imkan verməzlər bizim başımızın üstündə Allah sizdə Azərpoçtan gedəcəksiz vaxtı var amma insanıq sizin adresinizdə deyil faktlar açılanda məndəki olan faktlardan deyirəm onda bilinəcək kim kimdi bunu sizə qorxudmaq üçün demirəm qanun qanundu istər sizin üçün istər bizim üçün geriyə yol yoxdur bəsti hamını aldatdız

rabitəçi 2019-08-07 11:21:37

Hörmətli bizi eşidən məmurlar vaxt var idi Azərpoçtda işə gir-ərlə otaqlarda müzakirələr aparırdılar ki necə edək ki işin keyfiyyətini yaxşılaşdıraq. Müştəri məmnunluğunu qazanmaqla xidmət növlərini artıraraq gəlirləri artırmaq barədə işlər görülürdü Emin qağa gəldikdən sonra isə bağlı qapılar arxasında ancaq pul qazanmağın yolları araşdırılır İnanın bunun üçün eminin qoçuları min bir dondan dona girirlər Yerlərdə işlər bərbad vəziyyətdədir bu təşkilatda artıq iş barəsində fikirləşən yoxdur nəyi gözləyirsiz

İnsan resusuna 2019-08-07 11:21:37

Xahiş edirəm Allahı başının üstündə gör sənində vaxtın gəlib çatıb necə aldatmaqla işlərivizi aparırsız analıq məzuniyətinə çıxan adamın yerinə ştatda olan poçt əməliyyatçısını çıxarıb onun yerinə qoyursuz aldadırsız ki, ştat boşalan kimi o ştata götürəcəyik amma əvəzinə başqa adamdan pul alaraq onu ştata götürürsüz siz hansı düzgünlükdən danışırsız şöbənizin adı insan resusudu amma insanlıqdan belə birşey anlamırsız ayıbdı Allaha and verin ki, Rüşvət götürmürsiz and içsəz mən sizdən üzür istəməyə hər an hazıram amma düz deyin

butun powt iwcilerine 2019-08-07 11:21:37

hormetli powtavikler,bunlar wirin dillerini iwe salib iwcileri bawqa iwe kwe kecirmek adi ile wtatdan cixarib 3 ayliq muqavile ile bawqa iwe kecirirler sonra zehrimar dillerini iwe salib wantaj yada qorxu ile muqavileye bir terefli qaydada xitam verirler ona gore iwin aheginden agah olmamiw erize yazmayin ve muqavileni oxuyandan sonra imzalayin mende bilmedim aldanib iwsiz qaldim baxin siz aldanmayin

Arif Əliyev 2019-08-07 11:21:37

Mənə şərh yazana, səmimiyətinizə görə minnətdaram, doğrusu məndə eytiyatla hərəkət etdim,yazdığım şərhlərdə bunu subut edir, sonra cavab gəlmədi deyə biraz kəskin yazdım, buna görə sizdən və sizin kimi səmimi insanlardan üzür istəyirəm.

Insan resurslari 2019-08-07 11:21:37

Ishchilerden yazili erizeler alinir ki bashga ishe kechirilmesine raziliq veriller. Hemin bashga ishlerin shertleri de ele uygunsuz olur ki ishchi sonradan ozu ishden imtina edir.

Bankirə 2019-08-07 11:21:37

Bankda tas idisə, Azərpoçtda quss kimi yaddaşlarda qalacaq.

Arif Əliyev 2019-08-07 11:21:37

Cəlil Məmmədquluzadənin poçt qutusunda axtarmaq lazımdır, əgərləri ovaxt rəhmətlik Novruzəlinin yerində başqa ad yazsaydı bəlkədə poçtumuz bu gündə olmazdı, həmin Novruzəlilər poçta gələn kimi olurlar NOVRUZ-ZƏLİ indi gəl bu zəlilərdən poçtun canını qutar, ay qutardın haaa, zəli kimi yapışıblar rabitəçilərin canına.Marağlı bir məlumat almışam, keçmiş Milli Təhlükəsizlik nazirliyindən kənarlaşdırılmış bir neçə əməkdaşını rabitədə işə götürüblər mən buna qaşı deyiləm amma rabitəçilərin qaını bahasına olmasın

Mamed 2019-08-07 11:21:37

Emin Efendiyev hech Azerbaycan dilinde grammatik duzgun danisha da bilmir. Iclaslarda qurdugu cumleler ermeni budaq cumleleridir. Gorduyu ish de gurdugu cumlelere benzeyir.

Tolik 2019-08-07 11:21:37

Isci verinee poctlara isci yoxdu hammi qalib pis vezyetde sorada camatdan pul yqrsiz

Əli 2019-08-07 11:21:37

Jdjd

Elman 2019-08-07 11:21:37

Budaqov Pərviz işdən çıxarılsada onun üstündə duranlar işləyirlər mənə maraqlısı budur ki kimlər poç müdürünə deyib ki onun adına məktub gələndə yazın ünvan düz deyil yada bu ünvanda yaşamır demək olar ki 15 ilin işçisinin ünvanını bilmirlər bu gülünc bir məsələdi toya gedəndə ünvanı poçta pul yığanda ünvan tanınır amma məhkəmə məktubu gələndə tanımırlar belə biyabırçılıq ancaq Azərpoçta görə bilərik çünki Azərpoçtun rəhbərləri hər şeyi pula satırlar yerləri ştatları məndə olan dəlillərdən hamıda var qorxmaq lazım deyil açıb demək lazımdır bütün haqsız işdən çıxarılanlara üzümü tutub sizdən doğru olanları yazmağınızı xahiş edirəm

Emeliyyatchi 2019-08-07 11:21:37

Ishci ishe goturwn munasibetleri Azerpochtda chox acinacaqlidir. Rehberlik Emin Efendiyev ishchilerin fikirleri isteklerine mehel goymur. Her sheyi isteyi ve arshiniyla olchur. Kobud shekilde ishchilerle munasibet gurur. Oz gochularina Iltifat Heshimov Museyibe kimi istiyirsen chap tala emri verilib.

Arif Əliyev 2019-08-07 11:21:37

Mənə lətifə ilə müraciyyət edən, lətifəyə görə çox sağ olun, dünya dəyişir zamanında deyilməyən sözə "Daldan atılan topuğa dəyər"deyib Atalarımız.Əslində bizim millətin başına əsrlər boyu gətirilən müsibətlər mollalardan gəlib, bizim çobanımız mollanın alimindən həm qabiliyyətli həmdə mədənidir, əsrlər boyu başqa millətlərin varını mənimsəliyib qanını içən mollalardansa öz zəhmətilə ailəsini dolandıran millətinə sevgisi olan haram halalı qanan ÇOBAN hər zaman örnəkdir, necəki biz poçtalyonluğumuzla örnəkik.

Kamil 2019-08-07 11:21:37

Kapital Bankda Əfəndiyevin "fəaliyyətini" araşdırmaq kifayyətdir ki cinayyət işləri açılsın.Siz nədən qileylənirsiniz əzizlərim. Bu çirkabdanda emin təmiz çıxacaq bunu bilin. Palatə nazirlik baş prakrorluq nəbilim nə emin kimilərdir qayda qanuna riayyət olunsaydı Əfəndiyev və onunla əlbir olanlar çoxdan məsuliyyətə cəlb olunardı

Rayon pocht filiali 2019-08-07 11:21:37

Iltifat Agayev komisiya yaradib rayonlari gezir ve ishchilere qanunsuz olaraq sened imzalatdirir ki ishchi ona teklif edilen ishden imtina etdi. Bunun esasinda da ishchileri aldadaraq ishden chixardirlar.

Poshta surucu 2019-08-07 11:21:37

Meni mezunyete buraxmirlar menim emek mecellesi ile huquqlarim pozulur.

Fehle baba 2019-08-07 11:21:37

Emin Efendiyev oz kitabini ozu baglayib ishchilere gosterdiyi talanchi munasibet ve serishtesiz ish prinsipi ile. Sen ehalinin gullugchususan amma ozunu ele aparirsan ki jamahatin senin dedene 50 illik borcu var. Beynive yerit ki sen ve senin shaykan bizim gullugchumuzsuz.

poçt-sevər 2019-08-07 11:21:37

məyər bilmirdiniz ki "başqa işə keçirilmə" əmri adı altında apardığı məqsəd yönlü islahatları nəticəsində rabitəçilərə yazdıqları "yeni işə keçirilməyimə sərəncam verəsinin" başlıqlı ərizələr onların şərəflə, min əziyyətlə illərlə xidmət göstərdiy qurumda yazdıqları son ərizə olacaqq. Milli operatora əlvida deyəcəklər.Bəs bilmirdiniz ki,Bankirdən Sizə rəhbər olmaz.Məndən inciməyin vallah bu bizi necə deyərlər"eşşeyə min ata çapınca" elə onan,yəni sözüm odur ki,yerdə qalan gözün açıb baxsın yan yörəsinə

Bank emekdashi 2019-08-07 11:21:37

Bankimizda Emin Efendiyev xususi qeddarligi ve pula herisliyi ile yadda galdi.

Ardı 2019-08-07 11:21:37

Zəmana o zaman yaxşı olar ki, məmur ədalətli olsun! Sosial narazılıqların yaranmasının əsas səbəbkarları,dövlətə və xalqına xidmət etməyən məmurlardır ?36-il dövlətimə və xalqıma sədaqətlə xidmət etməyimə baxmayaraq, məmurun şəxsi sifarişi əsasında işsizlik həyatı yaşayıram və vətəndaşın şikayətinə abyektif yanaşan məmurla üzləşməmişəm.. Hamısı bir-birinin qanunsuz əmələrini müdafiə edirlər ?Hər bir vətəndaşın şikayətinə nəzarət sistemi olmalıdır,yoxsa məmur özbaşnalıqları sosial narazılıqları artıracaqdır?

Ardı 2019-08-07 11:21:37

Əfsular olsun ki,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar və sosial narazılıqları artırırlar..Peşəkar rabitəçilər qanunsuz işdən azad olunurlar,yerlərinə qeyri-peşəkar rabitəçilər təyin edirlər?İş qabiliyyəti olmayan rabitəçilərə üstünlük verirər və deyirlər ki, struktur islahatları aparılır.Apardıqları struktur islahatlarından özlərinin belə xəbəri yoxdur ? Rabitə sahəsi heç vaxt belə acınacaqlı vəziyyətində olmamışdır.Rabitədə qayda-qanun möhkəm,qanunlar düzgün yerinə yetirilsə,işlər ədalətlə gedər?

Elman 2019-08-07 11:21:37

B.Pərviz işdən qovulub canın qurtarmaqça bilməsin onu barmaqkıq arasındanda görəcəyik və aldığı vilanı və maşınının hesabatın verməyi qanun işçilərindən xahiş edirəm Allah sizdən razı olsun

S.Ənvərqızı 2019-08-07 11:21:37

Hörmətli Cənab Prezident!Rabitə əldən gedir?Rabitəyə MTN-nin çetesində adları hallanan məmurlar rəhbərlik edirlər,vətəndaşın şikayətinə baxmayaraq qanunsuz cavab verməkdən kəçinmirlər. Azərpoçtun baş direktor müavini Rəsul Bayramov, nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədov,Nazir müavini Elmir Vəlizadə və Ə.Abdullayev başda olmaqla vətəndaşa xidmət etmək əvəzinə, vətəndaşı dövlətdən narazı salmağa çalışırlar?Öz xidmətləri ilə Prezidentə xəyanət edirlər,yürütdüyünüz siyasəti gözdən salmağa çalışırlar

Səadət Əhmədova 2019-08-07 11:21:37

Məndə E.Əfəndiyevin fırıldax"islahatlarının qurbanı olmuşam..6 aydırki işsizəm işlədiyim 21 saylı poçta əməliyyatçı ştatı boşalsada mənim P.Budaqova vürməyə 2000 manatım olmadığı üçüm işdən kənarlaşdırıldım..poçtu yeyib dağıdan dövlətə kələk gələnlərsə qalıb işləyurlər.Gücləri aciz qadınamı çatdı? Mən R.Quluzadənin.Ə.Abdullayevin qəbulunda olmuşam.heç bir araşdırılmadan,obyrktiv qərar çıxarmadan başdansovsu cavablar göndərilir. Belə çıxırki Nazir və maavini bu fırıldağçılarla əlbirdirlər.Hər dəfə Rəsul.Bayramovun imzasıyla cavab verirlir ki ştat yeri boşalarsa məni guya çağıracaqlar..Milətinə fırıldağ,badalağ gələn,ələ salan belə məmurlara ar olsun!!! Məm Prezidentimizdən dərhal onları istefaya göndərməsini tələb edirəm !!Belə getsə bu ölkə vətəndaşlığında imtina etməli olacam.

Müavinə 2019-08-07 11:21:37

Siz doğurdanda mühasibsinizsə, unutmayın rəqəmlə işləyirsiniz, poçt başdan ayağa rəqəmdir, gizlədiləsi heçnə yoxdur daha doğrusu poçt qanunlarında əməlyatçı xəzinədarlıqdan tutmuş banka qədəq yığılan vəsaitin pozula bilməyən, kənardan müdaxilə edilə bilməyən, nizamnaməsi marşurutu var, bir rabitəçi kimi sizə deyirəm istəsələrdə mudaxilə edə bilməzlər qanunda boşluğ yoxdur, boşluğları isə təriflədiyin Emin pozdu əvvəlcə valyutada sonrada limitdə burdada məqsədlər var hər şey üzə çıxar çoxda narahat olmayın

Azerposta 2019-08-07 11:21:37

Agzina saglix gesheng dedin.

Rabitəçi 2019-08-07 11:21:37

Mühasib xahiş edirəm xalqımızı və rabitəçiləri çaşdırmayasınız E.Əfədiyevdən sonra poçtlarda limitə əməl olunmadı yəni nağd pul kütləsinə həmişə PƏŞ-lər tərəfindən nəzarət edilirdi dediyiniz mümkün deyildi siz ya qəsdən dolaşıq fikirlər yazırsız yadə məlum xarici valyutada olan fırıldağların üstünü açmaq istəmirsiniz bəle bu Emindən qabağda olub Emin gələndən sonra həm məbləğ çoxaldı həmdə kütləvi şəkil aldı 115 poçt artıq istintaq altındadır qabağkı rəisində Azərpoçta Emin təyin etdirib işartılar var eləmi

Kadrlar sobesi 2019-08-07 11:21:37

Bigun Perviz Budaqovun 3 ayliq emek muqavilesini uzatmayiblar ve o ishden chixarilib. Basha dushmurem neye gore ishchilerle emek muqavilesi 3 ayliq muqavile ile baglanir? Gorunmeyen ishdi bu. Hazirki ishchilerin quvvede olan emek muqavilesi umumiyetce yoxdur.

Emeliyyatchi 2019-08-07 11:21:37

Poct wobemizin kassasinda hech kassa kitabi bele yoxdur. Colvir sistemindeki kassa meblegi pul kutlesinden ferglidir.Rehberliye Emin efendiyeve 5 defe muraciet etsek de hech vecine de deyil.

rabite ustasi 2019-08-07 11:21:37

bu yazilanlar tamamilə doğrudur, əgər yoxlamaya gələnlər nöqsanları açıb göstərməsələr bizdə nüsxələri var ictimailəçdirərik. nəzarət palatası poçtlardakı valyutadəyişmə məntəqələrini yoxlasın hansı ki kənar pulların alveri gedir işcini aformut edir işe amma işleyir qıraqa hər məntəqə ayda 5000 man pul verir əfəndiyevə.nəzarət palatasının yoxlama aparanları birdə nəzər salsınlar alınan malların qaimələrinə vidadi zeynalovun ölənlərinə rəhmət oxuyarlar.bax bunlara görə bakı poçtu lazimdır əfəndiyevə

Arif Əliyev 2019-08-07 11:21:37

Mənə işartılarla lətifə yazana,(əgər elə demək istəməyibsə Allah günahımdan keçsin)məni işdən kənarlaşdırdığlarına işarə edirsənsə, savadıma görə yox,millətimə, tərbiyəmə, kökümə, əslimə, mənliyimə,olkə vətəndaşlığıma görə, bəzi üzdən iraq rabitəçilərdən fərqli olaraq, arxa qapıdan girmədiyimə görə, bir sözlə girənlik etmədiyimə görə, işsiz qalmışam, lazım olsa sizi on dəqiqəyə tapa bilərəm və sizi inandıraramki maliyə tərəfdən heç korluq çəkmirəm, Şüküranlıyam hər zaman poçtalyonluğumla fəxr edirəm.

Arif Əliyev 2019-08-07 11:21:37

Hörmətli rabitəçilər məhkəmə mənim xeyrimə qətnamə qəbul edib amma E.Əfədiyev icra etmək əvəzinə Bakı Apelasiya məhkəməsinə Sabayıl məhkəməsindən şikayət edib əslində bütün nazirlik bilirki mənə qarşı qanusuz qanunlar qəbul ediblər vaxt udmaq üçün belə edirlər necəki indiki yoxlamaların vaxtını uzadmaqla buna nail olurlar bilirlərki mən şikayət etdiyim bütün güc nazirlikləri qətnamədən sonra araşdırma aparacaqlar onlara yazıblarki Arif bizi məhkəməyə verib ona görədə cavablandıra bilmirik məhkəmə qutarsa???

rabitəçi 2019-08-07 11:21:37

əllərinizə sağlıq. Allah görən gözünüzdən nuru düşünən beyninizdən zəkanı yazan əllərinizi var etsin. Heç vaxt yoruldum deməyin faktları deyin...

Muhasib 2019-08-07 11:21:37

Emin Efendiyev gelennen bezi pocht shobelerinin kassalari orda qalan negd meblegle duz gelmir. Hetta Maliyye bazarlarina nezaret palatasi da bu fakti gorub.

Arif Əliyev 2019-08-07 11:21:37

Görünür əsəbləri tab gətiməyən"girən"-lər, yazdığım faktlara yox, arxasındakılarına söykənirlər, mənimlə haq-hesabı varsa, hər zaman onlarla görüşməyə hazıram, demək olarki, məni tanımayan rabitəçi yoxdur, yanaşıb telfon nömrəsini götürməklə, əlaqa saxlayıb, fikirlərə aydınlıq gətirmək olar, kimsə düşünməsinki, adını gizlətməklə, nəyəsə nail ola bilər, düz on dəqiqəyə həmin ananimi aşkarlayıb, ölkə qanunları qarşısına çıxardacağam, bunu istəməsə güc yoluilə hər an cavab verməyə hazıram.Bunuki hamı bilir.

İ.Mustafaoğlu 2019-08-07 11:21:37

Son illər Rabitə sahəsində vətəndaşın şikayətinə,məmurar tərəfindən qanunsuz cavab verilir,çünki onarın iş fəaliyyətlərinə nəzarət olunmur. Onlar bundan istifadə edərək Rabitədə ayrıca bir dövlət yaradıblar,keçmiş nazirin ölənlərinə dua oxutdururlar ?Rabitə dövlətin bel sütunudur. Rabitədə işləyən hər bir məmur bilməlidir ki,rabitədə əmək və icra intizamı hökm sürməli,dövlətinə və xalqına sədaqətlə xidmət edərək, Ölkə Rəhbərliyinin etimadını doğrultmalıdır ? Əfsuslar olsun ki,vətəndaşı dövlətdən narazı salm

Son yazılar