Moskva məhkəməsi Zeynalovla bağlı qərar verdi

Moskva şəhər məhkəməsi Yeqor Şerbakovun ölümündə ittiham olunan Orxan Zeynalovun həbsini qüvvədə saxladı.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, beləliklə də onun şikayəti təmin edilməyib.

Məhkəmə qərarında qeyd olunub ki, Presnenskiy məhkəməsinin Zeynalova qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişməz olaraq qalır, müdafiəçinin apellyasiya şikayəti təmin edilmir.

Qeyd edək ki, daha əvvəl məhkəmə Orxan Zeynalov barəsində dekabrın 10-na kimi həbs qətimkan tədbiri seçmişdi. Əgər onun cinayəti sübut olunarsa Zeynalovu ömürlük həbs gözləyə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar