“ADİ FAŞİZMDİR...” - Rusiya polisinin zorakılığı böyük etirazlara səbəb olub – VİDEO

Artıq bir neçə həftədir ki, Moskva Dumasına seçkilərlə bağlı keçirilən aksiyalar Rusiya gündəminin əsas mövzusuna çevrilib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, aksiyalar zamanı ümumilikdə minlərlə vətəndaş həbs edilib.

Xatırladaq ki, etirazların başlanmasına səbəb Rusiya MSK-sının müxalif namizədləri qeydiyyata almaqdan imtina etməsi olub. MSK bu addımını müxalif namizədlərin imzatoplama kampaniyasında guya saxtakarlığa yol vermələrilə izah edib.

Müxalifətçilər isə bütün imzaların real olduğunu və seçicilərin izahat verərək, öz imzalarını təsdiq etməyə hazır olduqlarını bildiriblər. Lakin seçki qurumu etirazlara məhəl qoymayaraq, həmin namizədləri seçkiyə buraxmaq istəmir.

İyul ayının əvvəlindən başlayan aksiyalar isə getdikcə daha böyük vüsət almağa başlayıb. Xüsusilə iyulun 14-də və 28-də keçirilən icazəsiz aksiyalar daha mütəşəkkil və çoxsaylı olub. Müxalifət lideri Aleksey Navalnı başda olmaqla, əksər təşkilatçılar hələ iyulun 28-də keçiriləcək mitinqdən əvvəl - iyulun 24-də həbs edilərək, 30 sutkalıq cəza alıblar. Buna baxmayaraq, etirazçılar liderləri olmasa da, aksiyalarını keçirə biliblər.

Son etiraz aksiya isə avqustun 3-də baş tutub. Bu dəfə də polis etirazçılara qarşı güc tətbiq edib. Həmin aksiyada 800-dək vətəndaşın saxlanıldığı bildirilir. Moskvanın mərkəzində keçirilən aksiyaya aid videogörüntülər isə sosial şəbəkələrdə böyük müzakirələrə və etirazlara səbəb olub. İstifadəçilərin əksəriyyəti polisin davranışlarını “adi faşizm” adlandırıblar.

Qanun keşikçiləri heç bir hərəkət etməyən, şüar səsləndirməyən vətəndaşlara, hətta jurnalistlərə qarşı da zor tətbiq ediblər.

Müşahidəçilər bu etirazların təşkilatçısı olan A.Navalnının həbsdə olmasına baxmayaraq, artıq məqsədinə çatdığını bildirirlər. Çünki məhz bu mitinqlər xeyli müddətdir Putin hakimiyyətinin korrupsiya, özbaşınalıq və yoxsulluğa yol açan siyasətinə susan əhali arasında əsl canlanmaya səbəb olub. Hesab olunur ki, aksiyalar getdikcə daha böyük vüsət ala bilər və bunda polisin vətəndaşlara qarşı həddindən artıq zor tətbiq etməsinin də böyük rolu var.

“AzPolitika”

635x100

Şərhlər

Максим Калинин 2019-08-05 18:27:17

Меч справедливости – карающий и мстящий – Отдам во власть толпе… И он в руках слепца Сверкнет стремительный, как молния разящий, – Им сын заколет мать, им дочь убьет отца. Максимилиан Волошин

yalçın 2019-08-05 18:27:17

raşionizm...

fikrət 2019-08-05 18:27:17

hec azərbaycanda belə şey hec vaxt olmur polis hec vaxt vətəndaşlara əl qaldirmir tutmur hec bir sözdə demir ruslarin polisi vəhşidi

Müfəttiş 2019-08-05 18:27:17

Rus polisləri, bizim polislərdən on dəfə mərifətli davranırlar.Bizimkilər ən əvvəl dubinka ilə salamlaşırlar....

Son yazılar