Kürdəmirdə “Ford” “Vaz”la toqquşub - Sürücülərdən biri ölüb

Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 4-də saat 16 radələrində Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində kənd sakini Lazım Rəsulovun idarə etdiyi “VAZ-2107” və Xırdapay kənd sakini N.Qədirovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə L.Rəsulov hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar