PAŞİNYANDAN NÖVBƏTİ HƏYASIZLIQ - "Məqsədimiz Qarabağı Ermənistana birləşdirməkdir"(Yenilənib)

Ermənistanın baş naziri Nikol Paşinyan gözlənildiyi kimi bu gün avqustun 5-də axşam saatlarında Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndində 31 il əvvəl-erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən “Birləşmək” (“miatsum”) şüarları bu gün də təkrarlanıb. Özü də Paşinyanın dilindən.

Ermənistan baş naziri deyib ki, Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü dipplomatiyanın yekun məqsədi “miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər.

Paşinyanın bu sözlərinə meydana toplaşanlar "miatsum" qışqıraraq reaksiya veriblər.

Paşinyan qeyd edib ki, Azərbaycanla aparılan danışıqların yekun məqsədi “Qarabağın öz müqəddəratını təyin etməsi yolu ilə əldə edilən nəticələri möhkəmləndirməkdir”. Onun sözlərinə görə, erməni hökumətini Qarabağa dair hansısa gizli qəsd planında ittiham etmək mənasızdır, çünki hökumətin belə planı yoxdur və olmayacaq.

Hərçənd Paşinyan Qarabağ məsələsinin “sülh yolu ilə həllinə istiqamətləndiklərini” deyib, baxmayaraq ki, onun “miatsum” şüarı məsələnin sülh yolu ilə nizamlanmasına şans buraxmır.

***

Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ – Ermənistandır” sözlərini qəti şəkildə rədd edirik.

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək.

“Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir”, - deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

Hikmət Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistanın baş naziri, həmçinin özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb.

“Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ilədək inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir. Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir”,- deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

635x100

Şərhlər

Oqtay 2019-08-06 15:07:02

Paşinyan və erməni höküməti günü gündən torpaqlarda məskunlaşır bizin hakimiyyət isə hələdə BMT,Atətin Mins qrupu,Lissabon sammıti ,Bişkek protokolu ,dünya ictimayəti tanıyan sərhədlərimiz kimi boş boş sözlərlə baş aldadır.TORPAQ UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR.Erməni işqal etdiyi torpaq uğrunda ölur geri durmur biz isə qaçıb doluşmuşuq Bakıya məmurlarımızdan çörək dilənməyə və buradan erməniyə hədə qorxu gəlməyə

ramıl şuşalı 2019-08-06 15:07:02

Deməli millet dəyilik. Olsaydiq təbii bu günə qalmazdiq. Ağcəbədinin hind arxının ustündə dunyaya ələn uşağın indi 25 yaşı var ona Qarabağı lacını necə anladaq ki? Paşinyana cani deyib, Sarkisyana qatlamlar törədən deyənlər onun əlini sıxır ay Qarabağlılar siz kimin əlin siğıb birləşərək torpaqlarınızı, ata baba yurdunuzu geri alacaqsınız? Bayrama güvənirsizsə batıb, batacaqsınız...

marif 2019-08-06 15:07:02

Ermeniler Qarabagda eile-eile gezirler qorxusundan.

Etibar 2019-08-06 15:07:02

Paşınyan qətiyyətli bəyanatları və gördüyü işlərlə sübut edir ki,Azərbaycandan qətiyyən qorxmur.O daha da irəli gedərək aprel döyüşlərinin obyektiv araşdırılmasına və ictimaiyyətə həqiqətlərin açıqlanmasına başlayıb...... Amma bizim hakimiyyət ... Qarabağ problemi ilə bağlı mənasız standart bəyanatlar yaymaqla məşğuldur.

bisavad 2019-08-06 15:07:02

Əgər biz hər hansı bir toplantı keçirsək yüzlərlə polis ani olaraq nələr edər bilirik. Paşinyana isə yalnız səhv eləyib deyirlər.

Ekspert 2019-08-06 15:07:02

Deyirəm insan nə qədər həyasız olar?Erməni özgə torpağında kef eləyir,bizim məmurlar yalandan hədə-qorxu gəlir....Görəsən bizim məmurlart kimi dünyada 2-ci dövlət varmı ki,öz millətinə,xalqına, torpağına,qeyrətinə sahiblik edə bilmir?Doğrudan da analoqu olmayan dövlətdir......

vaqif 2019-08-06 15:07:02

Alem cennete dondu yaddan cixdi Qarabax

Alı 2019-08-06 15:07:02

Hakimiyyət bütün bu biabırçılıga qarşı 1-2 sərəfsiz siyasi icmalçını efirə çıxararaq "PAŞİNYANIN SƏRSƏMLƏMƏSİ" kimi SƏRSƏMLƏMƏ təqdim etməkdən başqa heç bir reaksiya verməyəcək.

Adil 2019-08-06 15:07:02

"Acından ölən" Ermənistanın rəhbərliyi "Qafqazda ən güclü ordusu" olan və "analoqu olmayan inkişafla irəliləyən" Azərbaycanın torpaqlarını işğal edir və Qarabağa rahatca təşrif buyuraraq onun Azərbaycandan de-yure ayrılacağını nümayişkarcasına bəyan edir. Azərbaycanın "başbilənlərinin" növbəti addımları nə olacaq? Yenə bayağı bəyanatlarla öz işlərinin bitmiş olduğunu hesab edəcəklər?

EJDER 2019-08-06 15:07:02

INDI BU ANALOQU OLMAYAN HOKUMETIN YALTAQ DEPUTAT VE POLITOLOQLARI HEC KIMIN BAXMADIQI TELEKANALIZASIYALARA CIXIF BOW BOW DANIWACAQLAR.HOKUMET ,,QARABAQA AZADLIQ,,MITIQLARINE ICASE VERMIR,NIYE .YEQIN ERMENILERLE CAXIR VURMAQ IETEYIRLER,ASLANIN CAXIRINDAN,LUKAWENKO CANI

EJDER 2019-08-06 15:07:02

AYE,BU KORRUPSIYAYA BATMIW ANALOQU OLMAYAN HOKUMET QARABAQI QAYTARMAQ FIKRINDE DEYIL.QAJQINLARIMIZDA EV ,IW DAVASI EDIR.IKI HEFTEDI BIR SAMALYOTU TAPA BILMEYEN ,WARANI,MARANI TERIFLEYEN ZAKIR HESENOV NECMEDDINLE SIZE QARABAQI QAYTARAJAQ.HAY HAY.HESAV EDIREM KI, BU ANALOQU OLMAYAN HOKUMET ETIRAF ETMELIDI KI,QARABAQI BUNLARLIQ DEYIL,IWLERI ANCAQ MILYARDLARI SAQA SOLA SEPELEMEKDI,KQBEWNIK PUTIN CANI...

Millət 2019-08-06 15:07:02

Bizi niyə bu günə salıblar. Biz erməni-rus pulemyotlarının tanklarının qabağında akoplarda ov tüfəngi, balta-dəhrə yaba ilə düşmənə sinə gərən öz torpaqlarımızı əli yalın qoruyan millət deyilikmi? Cavan-cavan uşaqlarımız qocalarımız ura deyib könüllü milli orduya axnaşıb düşmənlə vuruşan ölən şəhid olan, ancaq düşmənlərimizə əyilməyən bir millət deyildikmi biz? Biz nə olubdur idi? Biz yenə özümüzə gəlib həmin millət olmalı və düşmənlərimizdə torpaqlarımızı almalıyıq.

Miri 2019-08-06 15:07:02

Cavab versinlər bizim o güc strukturları. Burda İçəridə bir uşaq bir kəlmə düz səhv danışanda tutub ölənə kimi vurur və atırlar içəri. İndi paşinyana cavab versinlər. Düşmən millətin liderinin belə danışığından sonra nə olmalı idi? Dərhal müharibə başlamalı idi. Müharibə başlamağa isə cəsarət çatmır. Rus boş söhbətdir. Dünyada gedən proseslər rusa imkan vermiyəcək buna. Rusdan yapışanlar bunu uydurublar. Rusun qarşısında dili gödək olnlar uydurublar bunu. Milyardlardan Rusiyada da çox gizlədiblər. Düşmənlə ölüm dirim savaşına girib birdəfəlik ya ölməli ya da kişi kimi yaşamalıyıq. Bu problemi uşaqlarımıza nəvə nəticələrimizə saxlamayaq.

Xanım xala 2019-08-06 15:07:02

Ay Paşinyan sənin görüm gözün kor,qulağın kar,əl ayağın çolaq olsun.Ya rəbbim səsimi eşit bu erməniləri yer üzündən sil.Belə bir millət olmasın. mənim 70 yaşım var gücüm ancaq buna çatır Allahım niyə bizin nər iigidlərimizı,kişilərimizi bu alçaq millətin qarşısında zəlil günə salırsan.Axı bizim torpaq Koroğlular,Babəklər, əfsanəvi qəhrəmanlar- Mehdi Hüseynlər,Həzi Aslanovlar diyarıdır. Axı biz analar yanıb tökülürük ki ,erməni qadınları bizdən artıqmı.Qətiyyən yox.Biz onları sovet dövründən yaxşı tanıyırıq

YAZININ MÜƏLLİFİNƏ 2019-08-06 15:07:02

BÜTÜN BİZƏ QARŞI OLUNANLAR RUSİYANIN PLANI ƏSASINDA GEDİR.PAŞİNYANI DANIŞDIRAN RUSİYADIR.AZƏRBAYCANI YENİDƏN RUSİYANIN TAM TƏSİRİ ALTINA ALMAĞA,İŞĞAL OLUNMUŞ RAYONLARI HAYLARA VERMƏK İSTƏYİRLƏR.PUTİN CIXIŞLARININDA ERMƏNİLƏR BARƏDƏ PYOTURUN VƏSİYYƏTLƏRİNƏ SADİQ OLDUĞUNU BİLDİRDİ.BİZ MİLLƏT OLARAQ ÖLKƏMİZİ İNKİŞAF ETDİRMƏLİ,GÜCLÜ SƏNAYEMİZİ,İQTİSADİYATIMIZI YARATMALI,VƏZİFƏLƏRƏ VƏTƏNPƏRVƏRLƏRİ YERLƏŞDİRMƏLİ,TƏHSİLİMİZİ,SƏHHİYƏMİZİN SƏVVİYƏSİNİ YÜKSƏLTMƏLİ,MONOPOLİANI ARADAN GÖTÜRMƏLİ, ƏDALƏTİ BƏRPA ETMƏ-İK.

Cəmşid Dərələyəzli 2019-08-06 15:07:02

Söz dövlət rəsmilərimizindir. Düşmən dəfələrlə torpağımızda, bizim öz havamızla , yallı gedir və ağzına gələni də danışır. Lütfən Azərbaycan xalqına qarşı bu mənəvi terroru durdurun. Artıq bu şərəfsizliyi və xəcalət yükünü çəkəməz olduq. Lütfən!

doğru danışan 2019-08-06 15:07:02

Bu köpək oğlu həyasızlıq etmir, bizə acığ verir. Deyir kişisən çıx qarşıma. Səni saymıram gedirəm Qarabağa, kişiliyin var gəl məni buradan çıxart. Biz də kifayət qədər gücə malik olsaqda, övladlarımız şir ürəkli olsa da, lakin gözləmək mövqeyindən əl çəkmirik. Nə vaxta qədər dözəcəyik. Məgər 30 il az oldu dözməyə. Nə vaxt Vətən sevgimizi bu alçaqlara göstərəcəyik?

oxucu 2019-08-06 15:07:02

Pashinyanin deyirmanina su tokenlerden birisi de virtiualaz.org ve haqqin.az saytlaridir....

Elli 2019-08-06 15:07:02

Əgər yaxın 3-4 gün ərzində anti terror əməliyyatları başlamasa deməli Qarabağ satılmışdır .

Bayramqulu 2019-08-06 15:07:02

Gozun aydin olsun Azerbaycan.Axi biz niye utandigimizdan yere girmirik,bu rusvayciliga nece dozuruk,biz basqa milletlerin uzune nece baxiriq.Bu ermeni tor-tokuntulerini bu muqeddes torpagimizdan niye qovmuruq.Bele biabircasina yasamaqdansa olmek daha sereflidir.

t.ədalət 2019-08-06 15:07:02

Paşinyan əvvəllər belə danışmırdı.ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarda maneəsiz məskunlaşmasına Azərbaycan tərəfin sakit davranışından sonra o da ürəkləndi.Əlbəttə,işğal altında qalan ərazilərimizə müdaxiləni illərlə biganəcəsinə qarşılamağımız,Rusiyanın planlarına uyğun davranmağımız,ölkəmizdə .... belə bir şəraitin yaranmasına səbəb oldu.Biz susduqca ermənilər ərazilərimizdən öz torpaqları kimi istifadə edir..

Sade vetendas 2019-08-06 15:07:02

Bunnan sonra da hucum emri olmasa,onda her wey melum olur.Cox tesuf.

DQ-7 RAYONUN ƏLDƏN GETMƏSİNİN REALLAŞDIRILMASI: 2019-08-06 15:07:02

SUAL: BIZ BU YOLLA HARA GEDIRIK-HEÇ BUNU FİKİRLƏŞƏN VARMI??? GÖRƏSƏN NƏ VAXT Azərbaycan dövlətinin: 1.qanunverici hakimiyyət-MİLLİ MƏCLİS, 2.MƏHKƏMƏ HAKİMİYYƏTİ-Ali məhkəmə və Konstitusiya MƏHKƏMƏSİ, 3.İcra hakimiyyəti-NAZİRLƏR KABİNETİ, "Artsaxın"- AZAD AZƏRBAYCANIN DE-YURO ƏRAZİSİNİN İŞĞAL ALTINDA OLAN HİSSƏSİNDƏ QEYRİ-QANUNİ FƏALİYYƏTİNİ SİYASİ-HÜQUQİ QİYMƏT VERİLƏRƏK TERRORÇU QRUPLAŞMA KİMİ RƏSMİ TANIYACAQ VƏ yurisdikçiya üzrə Avropa məhkəməsinə müraciət edəcək?

Sabir 2019-08-06 15:07:02

Düşmənimizin böyükdən kiçiyə, varlısının kasıbının bir məqsədi bir amalları var. Bizim torpağı işqal ediblər və onu qorumaq tam özəlləşdirmək.Bəs bizim məqsədimiz nədir? 26 il məqsədsiz amalsız yaşamışıq. Kasıblar vətən uğrunda vuruşur şəhid olur. Varlılar, məmurların isə düşmənimizdən fərqli olaraq başqa məqsəd və amallarla yaşayırlar. Vəzifə pul rüşvət talan. Hər bir məmur səhər evdən çıxanda fikirləşir ki millətimi necə atım aldadım, pulunu alım,oğurlayım ya atım. Torpaq haqqında heç kim fikirləşmir. Çünki oğurlanmış milyardlar xarici ölkələrdədir. Nə vaxt lazım olsa atıb vətəni torpağı da çıxıb gedəcəklər. Ancaq neçə ki imkan var öz işlərindədirlər,sökürlər. Nə torpaq? Nə vətən? Nə millət?Pulllllllllllllllllll.

Son yazılar