Dünyanın ən bahalı müdafiəçi transferi reallaşıb

“Mançester Yunayted” uzun müddətdir danışıq apardığı Harri Maquayrın keçidini reallaşdırıb.

Qol.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “qırmızı şeytanlar” "Lester"in müdafiəçisini 80 milyon funt-sterlinqə (təqribən 87 milyon avro) transfer edib. Onunla 6 illik müqavilə imzalanıb.

Maquayr “Mançester Yunayted”də oynamağın böyük şans olduğunu və burda olmaqdan zövq aldığını bildirib.

Qeyd edək ki, Maquayr dünyanın ən bahalı müdafiəçisi kimi futbol tarixinə düşüb. Buna qədər rekord "Liverpul"un müdafiəçisi Vircil van Deykə məxsus idi. Mersisaydlılar hollandiyalı futbolçunu 2018-ci ildə "Southempton"dan 82 milyon avroya transfer etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar