"BUNU RƏSMİ ŞƏXSDƏN EŞİDƏNDƏ ÇOX TƏƏCCÜBLƏNDİK..." - "Topaz"dan açıqlama

Cavid Qurbanov pulları voleybola yönəldir

"Topaz" 8 il ərzində Peşəkar Futbol Liqasının sponsoru olub. Bu addım müqavilə bitdiyi üçün atılıb. Söhbət sponsorluqdan imtinada deyil, müqavilənin uzadılmamasından gedir".

Bu fikirləri "Report"a açıqlamasında Caspiantech QSC-nin direktoru Vüsal Məmmədov deyib.

O bildirib ki, Topaz Azərbaycan idmanını fəal şəkildə dəstəkləməyə davam edir və bu il bütün səylərini Olimpiya istiqamətlərinə yönəltməyə qərar verib: "Bizim dəstəyimiz bəzi idman növlərini əhatə edəcək. Bunlara voleybol və kiber idmanını misal göstərə bilərəm. Bundan başqa "Topaz" bir sıra olimpiya idman növlərinə dəstək verən qurum kimi tanınan "Azeridmanservis" in rəsmi tərəfdaşıdır. "Topaz" Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcəkdir. Ölkənin inkişafının və millətin sağlamlığının ən vacib istiqamətləri olaraq. "Topaz" Azərbaycan ərazisində qeydiyyata alınan, 2011-ci ildən ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən bir bukmeker agentliyidir. PFL-in rəsmi nümayəndəsindən xarici bukmeykerlə Azərbaycanda sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik. Bildiyimizə görə, heç bir xarici şirkətin respublika ərazisində bukmeyker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdur".

Qeyd edək ki, dünən mətbuat konfransnda Musayev çempionata sponsorluq məsələsinə də aydınlıq gətirib: "Çempionatın yeni adı PFL-lə bağlı olacaq. "Topaz" sponsorluq fəaliyyətini dayandırdı. Heç də peşman deyilik. Ona görə ki, "Topaz" kimi bukmeker şirkəti var, ondan artıq pul təklif edir. Elxan Məmmədovla söhbət etmişdik, "Topaz" sponsorluq etsəydi, həmin puldan klubları sevindirərdik. Ancaq bu, baş tutmadı. Ümid var. Başqa şirkət var, Aslan Şahgəldiyevlə əlaqə saxlayırlar. Avqustun 16-dək qərar qəbul olunacaq. Büdcəmizdə pul olarsa, sizi də yanvarda gəzməyə apararıq (gülür)". 

Futbolinfo.az xəbər verir ki, “1xBet”lə danışıqlar aparılır və bu şirkət daha yaxşı şərtlər irəli sürür. Lakin bir sıra hüquqi məsələlər yoluna qoyulmalıdı. Bu səbəbdən müqavilənin rəsmiləşməsi yubanır. 7 il PFL-lə əməkdaşlıq etmiş “Topaz” ölkədə mərc oyunlarının yeganə rəsmi təşkilatçısı olduğundan bəzi çətinliklər yaranıb.

“Topaz” 2012-ci ildən Peşəkar Futbol Liqasına sponsorluq edirdi. 2019-cu ilin yanvarından şirkət “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun kurasiyasındadı. Qurbanov həm də Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar