"Böyük Yevlax səddi" - Çıxışsız hasarın arxasında yaşamaq

Yevlax rayonun Yuxarı Qarxun kəndində yaşayan bir neçə ailənin evi yol kənarında yerləşir.

Bu yol isə uzunluğu təxminən 3 km olan dəmirlə hasarlanıb.

Səbəb, ərazidə yaşayan uşaqların qəflətən yola qaçması və nəticədə bir neçə dəfə baş verən ölüm hadisəsidir.

Amma sakinlər şikayət edirlər ki, yoldan hasarın o biri tərəfinə keçmək üçün cəmi iki giriş qoyulub - biri hasarın başlanğıcında, digəri isə sonunda.

Sakinlər 1 km-dən çox yolu piyada getməkdə çətinlik çəkdiklərinə görə çıxış yolu olaraq hasarın orta hissəsində bir deşik açıblar.

Onların sözlərinə görə, dəfələrlə şikayət etsələr də, şikayətlərinə baxan olmayıb.

Videonu kinorejissor Elvin Adıgözəl çəkib. Video şərhsizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar