İcra başçısının xanım müavini vəzifəsindən azad edilib

​Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xanım müavini vəzifəsindən azad edilib

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva vəzifəsindən azad edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı icra başçısı Namiq Zeynalov müvafiq əmr imzalayıb.

Başçının digər əmri ilə bu vəzifəyə Elnarə Həsənova təyin olunub.

E.Həsənova bu təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar