"Qarabağ" Kiprdən qələbə ilə dönür - Azərbaycanın 100-cü avrokubok qələbəsi

Ağdamın “Qarabağ” klubu avrokuboklarda növbəti matçını keçirir.APA-nın məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Azərbaycan çempionu Kiprin APOEL komandası ilə üz-üzə gəlir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk matçı səfərdə keçirir.

I təsnifat mərhələsində Albaniya “Partizani”si (0:0, 2:0), ardınca İrlandiya “Dandolk”unu (1:1, 3:0) Avropa Liqasına göndərən “Qarabağ” əvvəlki iki görüşdə olduğu kimi yenə səfərdən qənaətbəxş nəticə ilə dönməyə çalışır. Cari mövsüm uduzmayan ağdamlılar səfərdən istədiyi nəticə ilə dönsə, bir həftə sonrakı cavab matçında pley-offa vəsiqənin taleyini evdə həll edə bilər.

Qeyd edək ki, cavab oyunu avqustun 13-də keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

Çempionlar yolu

6 avqust

21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Davide Massa (İtaliya)

APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (K), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lafrans, 71. Andre Cuna Vidiqal, 89. Roman Bezyak, 95. Alef dos Santos Saldanya

Baş məşqçi: Paolo Trametsani

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.

Baş məşqçi: Qurban Qurbanov.

Nikosiya. GSP stadionu

***

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda birinci hissə yekunlaşıb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab açılmayıb - 0:0

***

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən sonra qapılara qol vurulmayıb.

***

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 54-cü dəqiqəsində Ağdam klubu hesabı açıb. Mahir Emrelinin zərbəsi dəqiq alınıb - 1:0.

***

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 70-ci dəqiqəsində Ağdam klubu hesabı artırıb. Meydana yeni çıxan Queye Maqayenin topa ilk toxunuşu qolla nəticələnib - 2:0.

Oyunun 95-ci dəqiqəsində APOEL-in futbolçusu komandasının ilk qolunu "Qarabağ" klubunun qapısından keçirib və hesab arasındakı fərqi azaldıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar