Bakıda gənc oğlan güllələnib

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Rasim Muxtarov küçəsi 43 ünvanında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar