"PAŞİNYAN MÜHARİBƏ İSTƏYİR" -  "Artıq danışıqların imitasiyasına belə əsas yoxdur”

Paşinyanın Xankəndidəki son bəyanatı daxili siyasətə yox, daha çox xarici auditoriyaya aiddir. Onun məqsədi Azərbaycanın bu və ya digər formada reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyanın əsas niyyəti odur ki, hərbi əməliyyatları bərpa edib öz məqsədlərinə nail olsun. Hesab edirəm ki, bu bəyanatın əsas ünvanı məhz Azərbaycandır. Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Paşinyanın Xankəndidə dedikləri çox vacib bəyanatdır və hesab edirəm ki, bununla danışıqlar prosesi çox kobud şəkildə pozulub, artıq danışıqlar üçün heç bir əsas qalmayıb. Təəssüf ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, çünki Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın xaricdə olan havadarları da artıq danışıqların imitasiyasını bundan sonra apara bilməyəcəklər. Biz çoxdan bu prosesə inanmırdıq. Artıq nəinki danışıqların özünə, hətta onların imitasiyasına belə əsas yoxdur”, - keçmiş baş diplomat söyləyib.

T.Zülfüqarovun sözlərinə görə, Paşinyan əslində Qarabağda yeni hərbi əməliyyatların başlamasında və bundan öz planlarının icrası üçün istifadə etməkdə maraqlıdır:“Paşinyan yaxşı başa düşür ki, Moskva onu tərəfdaş olaraq qəbul etmir. Onun çoxsaylı cəhdləri var idi ki, Rusiya ilə əlaqələr qursun. Təcrübə göstərdi ki, Putin onu tərəfdaş kimi qəbul etmir və onunla əlaqələr qurmaq niyyətində deyil. Bunun əksinə olaraq müxalifətdə olan liderləri Rusiya açıq şəkildə dəstəkləyir. Bu istiqamətdə Köçəryanla bağlı olan məsələni yada salmaq olar. Buna görə də Paşinyanda və hazırkı hökumətdə müharibə olacağı təqdirdə Rusiyanın onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Onlar indi başa düşürlər ki, bu köməkdən danışmaq artıq mümkün olmayacaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan Qərbin də onu qəbul etmədiyini görür. Qərbin yeganə şərti onun Rusiyanın himayəsindən çıxıb, özünə doğru yönəlməsindən ibarətdir. Yalnız bundan sonra onlar Ermənistana hər hansısa maddi kömək və yatırım edəcəklər. Bu baxımdan sıxılmış vəziyyətdə qalan Paşinyan istəyir ki, hərbi əməliyyatlar bərpa olunsun. Bunun nəticəsindən asılı olmayaraq, o, Rusiyanın İrəvanı satdığını deyəcək və indi bütün ermənilərin Qərbə tərəf getməsi gərəkdiyini bəyan edəcək. Bu hərəkətlə o, iki məqsədinə nail olacaq. İlk olaraq erməni baş nazir Rusiyanın təsirindən çıxıb, Qərbə yön almaq siyasətini aktiv şəkildə gerçəkləşdirəcək, digər tərəfdən isə daxildə olan rusiyayönlü müxalifəti satqınçılıqda ittiham edə biləcək. Artıq bu ssenari həyata keçirilir. Paşinyan bu bəyanatlarla Azərbaycanı savaşa təhrik edir və məqsədi də bu hərbi əməliyyatlarla Rusiyadan Qərbə siyasi dönüşü təmin edə bilməkdir”.

Bununla belə, T.Zülfüqarov Qərbin Ermənistana hansısa vədlər verməsinin Mnatsakanyanın Vaşinqton səfərləriylə əlaqədar olmadığını deyib: "Mövcud prosesə zəmin yaradan əsas məqamlardan biri Boltonun səfəri olub. Bolton Ermənistanda olanda açıq-aşkar bəyanatlar verdi. Bu bəyanatlarla birmənalı şəkildə onu demək istəyirlər ki, Rusiyanın himayəsindən çıxsanız, sizi qəbul edərik, əks təqdirdə həm Rusiyadan təhlükəsizlik qarantı, həm də Qərbdən maliyyə köməyinin istənilməsi qəbuledilməzdir. Bu məsələ iki stulun üstündə oturmaq kimi bir şeydir. Məhz buna görə Qərb İrəvanı qəbul etmir. Eyni zamanda Rusiyanın özünün də indiki hakimiyyətdən şübhələri çoxdur. Bu baxımdan Ermənistanın indiki mərhələdə siyasətinin əsas problemi bundan ibarətdir. Məhz ona görə bu bəyanatlar verilir”.

635x100

Şərhlər

patriot 2019-08-07 10:46:06

tofiq bəy sizi başa düşdük erməni müharibə istəyir !!! nə boş boş danişirsan onda niyə yol cəkir otellər tikdirir idman yarişlari kecirdir boş söhbətdi sizin dediyiniz elə deyirsənki bu məmurlarin xoşuna ğələsən müharibəsiz torpaq azad olmayacaq bakida oturanlar öz pullarin ğüdürlər birdən müharibə edərik pullar sanksiyaya düşər qorxaqdilar hamisi pampers

Köhnə azərbaycanlı 2019-08-07 10:46:06

Vətəndaş imzası ilə yazanın bir çox fikirləri ilə razıyam. "Ya Qarabağ ya ölüm". Yalnız əlavə edə bilərəm ki səfərbəylik elan edilsin və vəzifəsindən aslı olmayaraq yaşı 45-60 arası olan sağlam kişilər ön cəbhəyə göndərilsin. Çünki 18-20 yaşlı gənclərimiz torpaqların verilməsində günahkar deyillər. Səbəb nə olursa olsun torpaqlar biz orta yaşlı nəsilin günahı üzündən verilib, hamımız günahkarıq və bu günahı da qanımızla təmizləməliyik. Babək demişkən igid bir dəfə ölür, qorxaq min dəfə. Təki Azərbaycan tam olsun, azad olsun.

Vətəndaş 2019-08-07 10:46:06

Bizimkilər qorxurlar. Ancaq artıq sondur. Yoxsa düşmən bizi burdan tamamilə qovacaq. Ümumxalq səfərbərliyi edib müharibəyə başlamaq lazımdır. Ölək qırılaq 10 milyonuq olaq 9 milyon bu alçaldıcı problemdən qurtaraq. Rusiya buna qarışmayacaq. Qarışsa onlarla da vuruşaq ölək. Rusya da güllə girir. Bizə də kömək olacaq. Rusiya girişsə də bu işə onun da sonu olacaq. Ona görə ki, Rusiyanın yarısı türkdilliu və müsəlmanlardır. Rusiya buna getməyəcək. Getsə də biz də tək qalmayacağıq. 2-CİSİ DƏ Kİ BİZ ÇOXUQ vuruşaq ölək şəhid olaq bu BİQEYRƏTLİKDƏN qurtulaq. Döyüşkən olaq. Atom bombası da atılsa ora döyüşkən soldat girib bayraq taxmalıdır. Ona görə çoxuq qorxmayaq. Torpağını verən millət ölümə məhkumdur. 88-90-ci illərin milləti olaq. Əli yalın düşmənlərimizdən geri çəkilmədik nə cəbhədə nə də Bakıda.

Yengibar 2019-08-07 10:46:06

Vətən qeyrəti, ləyaqəti olan bütün jurnalist və mətbuat orqanlarını Ermenistan kelmesinden istifade etmemeye çağırıram.Ermenistan evezine Rusiya Federasiyasının Ermenistan yarımavtonom respublikası yazmaqla biz, düşmənimizin əslində kim olduğunu dünyaya çatdıra bilərik.Bütün dünya da bizim əsl düşmənimizi tanıyacaq qədər ayıldığımıza inanacaq.

EJDER 2019-08-07 10:46:06

BIZIM ANALOQU OLMAYAN HOKUMETIN REAKSIYASI BOW BOW DANIWMAQ,SEVIYYESIZ BEYANETLER VERMEKDEN IBARETDIR,LUKAWENKO CANI.HELE KI,YAVAWLAYIRIQ.LAZIM GELEN KIMI ANALOQU OLMAYAN EMELIYYATA BAWLAYACAQIQ

Son yazılar