«XALQI ŞƏRƏFİMİZ ÜÇÜN ÖLÜM-QALIM SAVAŞINA HAZIRLAMALIYIQ» - Deputatdan hakimiyyətə çağırış

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair son bəyanatına münasibət bildirib.

Rusiyanın Qərblə qarşıdurma vəziyyətində olduğunu xatırladan BAXCP sədri qeyd edib ki, Rusiyada hakimiyyət daxilindəki Qərbə bağlı qüvvələr demokratik qüvvələrə dəstək verməklə ölkə daxilində vəziyyəti gərginləşdirmək, Putini küncə sıxıb geri çəkilməyə məcbur etmək istəyirlər: “Belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında qanlı savaşın başlaması Putini daha pis vəziyyətə sala bilərdi. Həm də Azərbaycanda hakimiyyət daxilində kriminallaşmış, daha böyük səlahiyyətlər üçün alışıb yanan güclərə dəstək olmaqla sürətli inkişafa yol açacaq islahatların dayandırılmasını təmin edərdi. Ona görə də həm Qərbdəki ermənipərəst qüvvələr, həm də onların Rusiya hakimiyyətindəki əlaltıları Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar. Onlar düşünürlər ki, bu açıqlamadan sonra Azərbaycan heç nə etməyib yenə danışıqlardan danışsa, hakimiyyətin nüfuzuna xalq arasında ciddi zərbə dəyəcək. Bundan sonra isə payızda ölkədə sabitliyi pozmaq üçün ciddi zəmin yaranacaq”.

İqtidarın indiki durumda nə etməli olduğu barədə suala Qüdrət Həsənquliyev belə cavab verib: “Həmişə dediyim kimi, yenə təkrar edirəm. Biz Putinlə təcili danışıqlara başlamalıyıq. Onu inandırmalıyıq ki, Rusiyanın bölgədə mövcudluğunu qoruması üçün bu münaqişəni saxlamaq lazım deyil. Bu münaqişə Rusiya üçün də təhlükə yaradır. Biz Rusiyanın bölgədə öz mövcudluğunu saxlaması üçün onun liderliyi ilə yaradılmış regional təşkilatlara qoşula, ikitərəfli müqavilələr bağlaya bilərik. Əgər Putin ciddi qərarlar qəbul edə bilməyəcəksə, onda iqtidar xalqla açıq danışmalı, Rusiya ilə münasibətlərə yenidən baxmalı və peşəkar ordu quruculuğu istiqamətində vacib qərarlar qəbul etməlidir”.

“Ordu quruculuğu istiqamətində hansı addımların atılmasını vacib hesab edirsiniz?” sualını cavablandıran BAXCP sədrinin qənaətinə görə, ilk növbədə müdafiə naziri mülki, yüksək intellektə malik, təcrübəli və siyasi baxımdan hazırlıqlı şəxs olmalıdır: “Ən azı 30 min nəfərlik, dağlıq ərazidə döyüşməyi bacaran peşəkar ordu birləşmələri yaradılmalıdır. Cənubi Azərbaycandan,Türkiyədən, Pakistandan, Əfqanıstandan ehtiyatda olan, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər və hərbçilər müqavilə əsasında orduya cəlb olunmalıdır. Müddətli hərbi xidmətə çağırış 6 aya endirilməlidir. Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir. Bununla yanaşı, paralel olaraq Azadlıq savaşı başlayana qədər cəbhə xəttində hər gün işğalçıları öldürməyə çalışmalıyıq. Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərəfimiz üçün ölüm-qalım savaşına hazırlamalıyıq.

635x100

Şərhlər

гачгын 2019-08-07 11:57:32

7 rayonu alın əmin olun orada erməni qala bilməyəcək...

DQ-7 RAYONUN ƏLDƏN GETMƏSİNİN REALLAŞDIRILMASI: 2019-08-07 11:57:32

SUAL: BIZ BU YOLLA HARA GEDIRIK-HEÇ BUNU FİKİRLƏŞƏN VARMI??? GÖRƏSƏN NƏ VAXT Azərbaycan dövlətinin: 1.qanunverici hakimiyyət-MİLLİ MƏCLİS, 2.MƏHKƏMƏ HAKİMİYYƏTİ-Ali məhkəmə və Konstitusiya MƏHKƏMƏSİ, 3.İcra hakimiyyəti-NAZİRLƏR KABİNETİ, "Artsaxın"- AZAD AZƏRBAYCANIN DE-YURO ƏRAZİSİNİN İŞĞAL ALTINDA OLAN HİSSƏSİNDƏ QEYRİ-QANUNİ FƏALİYYƏTİNİ SİYASİ-HÜQUQİ QİYMƏT VERİLƏRƏK TERRORÇU QRUPLAŞMA KİMİ RƏSMİ TANIYACAQ VƏ yurisdikçiya üzrə Avropa məhkəməsinə müraciət edəcək?

fikrət 2019-08-07 11:57:32

ay millət xalq sakit olun müharibə olmayacaq torpaqlari verəcəklər amma müharibə olmayacaq niyə ? nə qədərki neft qaz var dollar evro ğəlir müharibə olmayacaq neft qaz qutarandan sonra atacaqlar xalqin üstünə azərbaycani deyəcəklər ğedin özünüz bilin

Ekspert 2019-08-07 11:57:32

Yenə xalq-xalq deyirsiniz.Ardınız bərkə düşəndə xalq yadınıza düşür. Xalqın adını çəkməyin.Güc nazirlərin,deputatların,bu hakimiyyət dövründə yetişmiş monopolistlərin,dövlət rəhbərlərinin uşaqlarından ibarət 3000 nəfərlik ordu yaradın.Onların başına da da Əfqanıstanda, Qarabağda döyüşmüş sag qalan Milli qəhrəmanlar komandir təyin olunsun.Bax onda onların arxasıca 100 000-lik Xalq ordusu gedəcək,tam professional.MN və DTX birləşdirilib vahid komandan Əli Nağıyev təyin olunsun.1 aya DQR-da erməni olmayacaq.

Millət 2019-08-07 11:57:32

Qüdrət düşmən prezdent qan-qan deyir. Bəs bizim hökumətimiz GENERALLARIMIZ niyə qımıldanmırlar? XİN-yi o uşağın ağzından bəyana verdi. Bu da bir hava kimi uçub getdi.

Şahin 2019-08-07 11:57:32

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm! Təzə-tər qərənfilli xiyaban istəmirəm! Tükənir səbrim fəqət, sazişlər, Qətnamələr, bəyanatlar kifayət! Ziyafətlər kifayət! Ziyafət dumanında nəzakətlər kifayət! Ümidimiz yalnız sizədir, bizim qəhrəman ordumuz.

Azəri 2019-08-07 11:57:32

Bunun axırı necə olacaq ay millət. Düşmən pəncərəmizin ağzında bizə hədə-qorxu gəlir. .

Yengibar 2019-08-07 11:57:32

Qüdrət bəy, Putinlə danışıb Putinə danışmaqmı öryədəcksiniz? Cəsarətiniz varsa, bütün deputatları, hökumət üzvlərini, Vətənini sevən hər kəsə çağrış edin. Qoy bundan sonra heç kim Ermenistan kelmesinden istifade etməsin, Ermenistan evezine Rusiya Federasiyasının Ermenistan yarımavtonom respublikası desin.Bunu bütün dünya bilir, sadəcə əsl düşmənin adını çəkməyə bizim cəsarətimiz çatmır.Cəsarətli olun!

Miri 2019-08-07 11:57:32

Cavab versinlər bizim o güc strukturları. Burda İçəridə bir uşaq bir kəlmə düz səhv danışanda tutub ölənə kimi vurur və atırlar içəri. İndi paşinyana cavab versinlər. Düşmən millətin liderinin belə danışığından sonra nə olmalı idi? Dərhal müharibə başlamalı idi. Müharibə başlamağa isə cəsarət çatmır. Rus boş söhbətdir. Dünyada gedən proseslər rusa imkan vermiyəcək buna. Rusdan yapışanlar bunu uydurublar. Rusun qarşısında dili gödək olnlar uydurublar bunu. Milyardlardan Rusiyada da çox gizlədiblər. Düşmənlə ölüm dirim savaşına girib birdəfəlik ya ölməli ya da kişi kimi yaşamalıyıq. Bu problemi uşaqlarımıza nəvə nəticələrimizə saxlamayaq.

Əli 2019-08-07 11:57:32

Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərəfimiz üçün ölüm-qalım savaşına hazırlamalıyıq”. Nə xalq deyirsən xalq həmişə hazırdır özü də çoxdan.Müftə yeyənlər milyonları xaricə daşıyanların özləri və xaricdə kefdə olan və xarici vətəndaşlıq alanlar irəlidə biz ac yalavaclarda arxasınca bir həftəyə ölkəni təmizləyərik.Yoxsa yenə fağırlar irəli oğrular isə öz uşaqları ilə ya xaricdə ya da villalarında..Biz hazırıq onları hazırlayın hamı bir nəfər kimi yoxsa varlı pul verib evdə qalmasın

Tahir 2019-08-07 11:57:32

Qabagada millet vekillerini nazirlri qoyaq

Elli 2019-08-07 11:57:32

Yaxşı təklifdir.

Adam 2019-08-07 11:57:32

Ay Qüdrət bəy,...Axı sən Mmin DEPUTATısan. Qərar qəbul edən də MM-dir. Necə olur ki,ermənistan deputatları dərhal müharibə elən etmək üçün,QARABAĞı ermənistana birlədirmək üçün dərhal qərar qəbul edə bilirlər.Ancaq Azərbaycanın MM-n DEPUTATları müharibənin elan olunması barədə qərar qəbul edə bilımirlər.Və söyləyirsən ki,“Ona görə də həm Qərbdəki ermənipərəst qüvvələr, həm də onların Rusiya hakimiyyətindəki əlaltıları Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar.”Niyə bu cümlənin ortasında “həm də azərbaycanda olan erməni pərəst bəzi deputatlar və məmurlar ”Axı sən DEPUTATsan.Niyə Siz DEPUTATlar vətən torpağlarının azadlığı uğrunda real qərar qəbul etmirsiz?Heyif sizlərə AZƏRBAYCAN ÇÖRƏYİ.

Son yazılar