“AXI TOLİKİN YAP-da NƏ İŞİ VAR?...” – “Onunla eyni partiyada təmsil olunmaq şəxsən mənə pis gəlir”

"Əqidəsini dəyişmiş adamların Yeni Azərbaycan Partiyasına üzv olması qadağan edilməlidir".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri "Demokrat.az"-a açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Tahir Rzayev bildirib.

Deputat deyib ki, son illər Azərbaycan televiziya kanallarının efirlərində və internet mediasında cinsi azlıqların nümayəndələrini də görmək olur: "Bu düzgün tendensiya deyil. Belə şəxslərə böyük efirlər də verilir, onlar veriliş aparırlar. Bu şəxsləri cəmiyyətə buraxmaq olmaz. Eyni cinsdən olan adamlar guya demokratiya adı altında Azərbaycana lazım olmayan təbliğat aparırlar. Əgər bu cür adamlar Azərbaycanın efir məkanlarına da ayaq aça biliblərsə, deməli efir məkanını idarə edən şəxslər yerində deyillər. Onlar bu cür şəxslərə imkan verməməlidir. Bizim milli mentalitetimiz var. Həmin hallar isə milli mentalitetimizə ziddir. Bu cür hallarla bağlı efir məkanlarına, sosial şəbəkələrə nəzarəti gücləndirmək lazımdır. Axı Tolikin YAP-da nə işi var? Bəlkə Tolikin başı xarab olub, onun ətrafına baxılmalıdır. Onunla eyni partiyada təmsil olunmaq şəxsən mənə pis gəlir. Sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram. Bu təkcə partiyanın adına xələl gətirmir, həmin adamların öz adlarına da xələl gətirə bilər. Vaxtilə Kommunist Partiyasında da vəsiqə verilirdi, amma sonra partiyaya dönük çıxırdılar. Sonradan bəzi adamlar da YAP-dan millət vəkili seçilmişdilər, sonradan Heydər Əliyevə qarşı çıxaraq Rəsul Quliyevin tərəfinə keçdilər. Bilirsiniz, cəmiyyətdə hörməti, nüfuzu olmayan adamları partiyaya gətirmək olmaz. Kimsə üzv olmaq istəyibsə, onun bəlkə başı xarab olub, onu yoxlamaq lazımdır! Axı hər bir adam Vətənə, xalqa, dövlətə səmimi şəkildə bağlı deyil. Sabah onlar hökumətdə vəzifə də götürə bilər. Bir neçə il əvvəl yüksək vəzifədə olmuş məmurlarımız var idi, Gördünüz vəzifədə hansı hoqqalardan çıxdılar?! Bu adamların hamısı Yeni Azərbaycan Partiyasını təmsil edirlər. Ona görə də insanların öz vicdanı, mənliyi olmalıdır. İnsanlar Vətənə düzgün xidmət etməyi dərk etməlidir".

T.Rzayev qeyd edib ki, kimliyindən asılı olmayaraq, əxlaq normalarını qorumaq lazımdır: "Bəzi insanların efirlərə o şəkildə çıxmasının və danışmasının qəti əleyhinəyəm. Çünki onlara bizim övladlarımız, cavanlarımız baxırlar. Onların hərəkətləri cəmiyyətimizə də ziddir. Ümumiyyətlə, bu cür adamları efirlərə buraxmaq olmaz. Onlar cəmiyyətə fayda verə bilməzlər. Düşünürəm ki, bütün bunların kökü Avropadan qaynaqlanır. Bu demokratiya deyil, əxlaqsızlıqdır. Nədənsə biz Avropanın yaxşı cəhətlərini götürmək əvəzinə bu cür pis hallarını mənimsəyirik. İnsanlar kişi və qadın cinsində yaranıblar. Kişi kişi ilə, qadın isə qadınla ailə qura bilməz. Onlar bir-biri ilə yalnız dostluq edə bilərlər. 2003-cü ildə Avropa Şurasından bir deputat Azərbaycana səfər etmişdi. O, Milli Məclisdə də görüşlər keçirmişdi. Onun rəhmətlik Zahid Qaralovla söhbəti olmuşdu. Bildirmişdi ki, biz Azərbaycanda eynicinslilərin bir-biri ilə ailə qurmasına icazə verən qanunun qəbul edilməsini istəyirik və sair. Bunu eşidən kimi mərhum Zahid Qaralov ona sərt şəkildə cavab vermişdi".

635x100

Şərhlər

vaqif 2019-08-07 11:48:52

Ne olb eee Tolik beyem Zelenskiden neyi eksikdi bir seyden basqa telxekliyide yaxsi etmir kiiiii

fikrət 2019-08-07 11:48:52

əla tolik sənin yerin oradi xaxa

Max 2019-08-07 11:48:52

Darıxmayın, tolik hələ deputat olacaq, hətta səfir də olacaq, axı o kimdən əskikdir, səfirlər və deputatların əksəriyyəti .......

Abid 2019-08-07 11:48:52

Toliklə bir partiyada və bir tədbirdə belə şəxsiyyətinərəva bilməyən cənabi deputat.Bəs illərdir bu mənfur Tolikin Əli Həsənovun "Xəzər tv"-sinin efiri vasitəsi ilə bu millətin evlərinə soxularaq tərbiyəsizliyi, pozgunlugu dolayısi ilə təblig, təşviq etməsinə niyə səsini çıxarmırsan? Ən azı Millət vəkili kimi bu sənin səxsiyyətini, vicdanını qıdıxlamır ki? Toliklərin at oynatması sizlərin yaltaqlıgının, məddahlıgının, riyakarlıgının BƏHRƏSİDİR.Bu prizmadan yanaşanda sən heç də Tolikdən artıq görünmürsən.

Aqa 2019-08-07 11:48:52

Ümumiyətlə tele kanalların coxunda əxlaqı pozqun-əxlaqdan,ailəsi olmayan-ailədən,beqiryət-qiryətdən,2-eşşəyin arpasın bölə bilməyən aqıldan dərs deyir.MƏN BELƏ DÜNYANIN NƏYİNDƏN KÜSÜM.

elcin-jurnalist 2019-08-07 11:48:52

tahir muellim sizin dedikleriniz heqiqetdir ve sizin qeyretinize -kisiliyinize esq olsun. kas ki diger deputatlar da sizin kimi heqiqetleri demeye cesaret tapardi.

Alı 2019-08-07 11:48:52

Bəs nə bilirdiniz? YAP nəyin hesabına 740 min olub.Son 10-15 ildə .... Xəzər TV YAP-ın filialıdır.

Kazım 2019-08-07 11:48:52

Toliki ora vəzifədə onun kimi olanlar qəbul etdiriblər ora. Yəqin ki deputa istiyəcəklər onu soxuşduralar. Onun anası kimdir? Gərək ki, Amerikada yaşayır. Düşmənlərimizin nümayəndəsi deyil ki?

abdullah 2019-08-07 11:48:52

Bütün bu biabirciliqlarin,her cür exlaqsizliqlarin,heyasiz insanlarin ve emellerin başlica sebebkari siz millet vekilleri deyilsinizmi? Gunahi ozunuzde gorun.... Eger sabahlari deputatların, məmurların da ovladlari uzdeniraqlar,fahişeler olsalar- ki istemezdim olsun,o zaman gunahkari tanimaq ucun guzguye baxmaginiz kifayetdir.l

qulu 2019-08-07 11:48:52

İndiyə kimi necə olmusunuz elə də olun Toliklə bir cəmiyyətdə. Xeyir ola birdən hamınızın diliniz açılıb. Pultunuz basılıb deyəsən.

Mehdi 2019-08-07 11:48:52

Ay YAP,ayibdi,vallah ayibdi.Siz ayib nedi bilmirsinizki?

Mehdi 2019-08-07 11:48:52

Tolikin yeri,Hafiz Haciyev demisken Tbilisi prospektidir.Gondersinler oraya.Hafizden sorusun o deyecek neteri elemek lazim olduqunu.Heyle isleri o yaxsi bilir.

Son yazılar