Ermənistan xəritədə Azərbaycan ərazilərini öz ərazisi kimi göstərib - FOTOLAR

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim edib.

Stendə işğal altındakı Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan ərazisi kimi nümayiş olunan xəritə asılıb.

Azərbaycan tərəfinin məsələyə dərhal müdaxiləsindən həmin xəritə stenddən yığışdırılıb.

Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.

[gallery columns="2" size="full" ids="540121,540122"]

635x100

Şərhlər

Mehdi 2019-08-07 14:05:03

Nece deyerler?Yatan ökuzun basina duran ökuz neyleyer?Sayt özu yazsin neyleyer.Men yazsam serhimi vermezler.Bax ermenilerde heyle eliyirler.Yeke yeke danismaqnan deyilki.Ne ise isimiz qalib allaha.

mehdi 2019-08-07 14:05:03

siz özünüzdə reytinq ititirsiz.sərhdə yazan yoxdur.yazilanları vermirsiz.aciq platform idi əvvəllər.İndi sərhləri gec yukləyirsiz.əvvəl yazilan sərhlər iki səhifə olurdu .nə dəyişdi sizdə?

Son yazılar