Atambayev təslim olmur, silahlı müqavimət göstərir - VİDEO (Yenilənib 2)

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşe kəndində yerləşən iqamətgahına hücum nəticəsində ən azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Saat 23:25-ə (Bakı vaxtı ilə 21:25-də) olan məlumata görə, xəstəxanalarda ümumilikdə müxtəlif xəsarətlərlə 15 yaralı var", — deyə idarədən bildirilib.

***

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin xüsusi təyinatlıların bu gün başlatdığı əməliyyat zamanı saxlanıldığı təsdiqlənməyib. RİA Novosti bildirir ki, keçmiş prezident evindədir və müqavimət göstərir, atəş səsləri eşidilir.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinə girməyə çalışır. Keçmiş prezidentin tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaranıb. Onlardan bəziləri xüsusi təyinatlılarrı döyməyə çalışır, bir neçə xüsusi təyinatlı Atambayevin tərəfdarları tərəfindən tutulub.

Atışma zamanı bir xüsusi təyinatlı və Atambayevin bir neçə tərəfdarı yaralanıb. Bir nəfərin öldüyü bildirilir. Koy-Taş iqamətgahına əlavə qüvvələr göndərilir, evə hücumun olacağı istisna deyil. İqamətgahın üstündə vertolyotlar dövrə vurur.

Atambayev korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır, o bütün ittihamları rədd edir və təslim olmayacağını bildirib.

***

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilir.

APA-nın 24.kg saytına istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlılar Koy-Taş kəndində A. Atambayevin iqamətgahına hücum əməliyyatına başlayıb.

İqamətgahın ərazisinə xüsusi təyinatlılar yeridilib, atəş səsləri eşidilir. Məlumata görə, sabiq Prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb.

Xəsarət alanlar arasında jurnalist Aida Cumaşova da var.

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar