Zelenski və Makron arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Ukrayna mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı Fransa Prezidenti “Normandiya formatı”nda görüşün keçirilməsi təşəbbüsünü dəstəkləyib.

“Emmanuel Makron dörd ölkənin (Ukrayna, Fransa, Almaniya və Rusiya) rəsmilərinin iştirak edəcəyi yüksək səviyyəli görüşün yaxın zamanda keçirilməsi təşəbbüsünə dəstək ifadə edib. Fransa Prezidenti görüşün koordinasiya edilməsi üçün Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkellə əlaqə saxlayacağını bildirib”, – mətbuat xidmətinin məlumatında qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar