Türkiyədə 14 azərbaycanlı qadın saxlanıldı - Fahişəliklə məşğul olurdular

Türkiyənin Yalova şəhərində azərbaycanlı qadınlara qarşı əməliyyat keçirilib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, polisin keçirdiyi əməliyyat nəticəsində 14 azərbaycanlı qadın və 3 Türkiyə vətəndaşı kişi saxlanılıb.

Məlum olub ki, saxlanılan qadınlar Türkiyədə yaşama icazəsi almaq məqsədilə 60-75 yaşlı imkanlı kişiləri aldadaraq onlarla evlənib, daha sonra həmin şəxslərdən ayrılıb fahişəliklə məşğul olmağa başlayıblar.

Məsələdən xəbər tutan Yalova polisi 10 müxtəlif ünvanda qadınların axtarışını aparıb. Şübhəli şəxslər saxlanılaraq polis idarəsinə aparılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

EJDER 2019-08-07 23:29:06

BU DA BIZIM ANALOQU OLMAYAN INKIWAFIMIZDAN BEZIB,XARICDE...QADINLARIMIZ.ADAMIN UREYI PARTLAYIR.SIZI BU GENE SALAN ANALOQU OLMAYAN ......

Son yazılar