ATAMBAYEV BELƏ TƏSLİM OLDU - İstintaq təcridxanasına yerləşdirldi + VİDEO (Yenilənib)

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması ilə bağlı keçirilən əməliyyat zamanı onun xüsusi təyinatlılara təslim olmasını əks etdirən video görüntülər yayılıb.

Virtualaz.org-un məlumatına görə, "Nastoyaşeye vremya" agentliyi tərəfindən yayılmış videoda görünür ki, təslim olmazdan əvvəl Atambaev xüsusi təyinatlı dəstənin rəisindən tələb edir ki, onun tərəfdarlarını vurmasınlar.

Atambayev yalnız buna zəmanət aldıqdan sonra təslim olmağa razı olur.

Bundan başqa, Qırğızıstanın sabiq prezidenti ondan çox odlu silah olan sursat anbarını təhlükəsizlik qüvvələrinə şəxsən təhvil verir.

Xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin dindirilməsi bir neçə saat davam edib. 0, Qırğızıstan Dövlət Milli Təhükəsizlik Komitəsində 6 saat sorğu-sual edilib. Avqustun 8-i Bakı vaxtı ilə saat 22:00-da başlayan və bu gün saat 04:00-da yekunlaşan dindirilmə prosesində vəkil Sergey Slesarev də iştirak edib.

Almazbek Atambayev məhkəmənin qərarı ilə avqustun 26-dək həbs edilib və Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına yerləşdirlib

Qeyd edək ki, 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

***

Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparılıb.

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, şöbədə A.Atambayevin əməlyyat zamanı hərbçilərin girov götürülməsi və Koy-Taş kəndində "Alfa" bölməsinin komandirinin müavininin öldürülməsi faktına görə dindirməsi gözlənilir.

***

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, özü təslim olub.

***

"Qırğızlar kolxoz sürüsündə qoyun deyil...”

Qırğızıstanın keçmiş prezidenti, sığındığı Koy-Taş iqamətgahına xüsusi təyinatlılar tərəfindən dünəndən etibarən basqın həyata keçirilən Almazbek Atambayev videomüraciətlə çıxış edib və güc strukturlarını “özbaşınalıqları dayandırmağa” çağırıb.

Azadlıq” radiosunun qırğız xidməti xəbər verir ki, eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq.

“...Atambayevi tutmaq, həbs etmək, öldürmək üçün hakimiyyət artıq dinc vətəndaşları güllələməyə, öz xalqına atəş açmağa da hazırdır. Bu, bespredeldir! Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klana qul olmayacaqlar. Mən hakimiyyəti bir daha düşünməyə çağırıram”,-keçmiş prezident bildirib.

Atambayevin tərəfdarları onun iqamətgahına hücum edən xüsusi təyinatlılardan 6-nı girov götürüblər və əməliyyatın dayandırılacağı halda onları buraxa biləcəklərini deyirlər. Yerli sakinlər habelə kəndə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, telefon və internet rabitəsinin bərpasını tələb edirlər. Lakin girovların azad edilməsinə dair danışıqlar nəticəsiz qalıb, bununla belə xüsusi təyinatlılar Koy-Taş kəndinin ərazisini tərk ediblər. Məlumatlara görə güc strukturları Atambayevi tutmaq üçün ikinci əməliyyata hazırlaşır.

Eks-prezident mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırlır, onun toxunulmazlığı ləğv edilib. Lakin Atambayev bütün ittihamları rədd edir və istintaqa təslim olmayacağını bildirib.

***

Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşe kəndində yerləşən iqamətgahına hücum nəticəsində ən azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib, bir nəfər həlak olub .

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA “Novosti” məlumat yayıb.

“Saat 23:25-ə (Bakı vaxtı ilə 21:25-də) olan məlumata görə, xəstəxanalarda ümumilikdə müxtəlif xəsarətlərlə 15 yaralı var”, — deyə idarədən bildirilib.

Dünən axşam Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. İqamətgahın ərazisinə xüsusi təyinatlılar yeridilib, atəş səsləri eşidilir. Məlumata görə, sabiq Prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb.

Xəsarət alanlar arasında jurnalist Aida Cumaşova da var.

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

 

635x100

Şərhlər

Bashirov Qarib 2019-08-09 08:00:23

Bu tendesiya dunyanı buruyub.Sabiqlər ədalətsizcəsinə təqib edilir.Orta Asiyanın ən demokratik prezidenti Atanbayev də qurama istintaqa cəlb olunur.Özunun də, seçilməsini dəsdəklədiyi yeni hakimiyyət onu həbsdə görmək istəyir.Bu,siyasi dunyanın deqredasiyası deməkdir.

Son yazılar