TÜRKİYƏYƏ QARŞI DÖRDLÜ İTTİFAQ – Yunanıstan, Kipr, İsrail və ABŞ Ankaraya qarşı

Dərc olunub: 08/08/2019 - 14:41

resizer

Yunanıstan, Kipr, İsrail və Amerika Birləşmiş Ştatları (ABŞ) energetika, kibertəhlükəsizlik və infrastrukturun mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər. Bu barədə avqustun 7-də Yunanıstanın energetika naziri Kostis Xadzilakis 4 ölkənin nazirlərinin Afina görüşündən sonra bəyan edib.

Şərqi Aralıq dəizində nəhəng təbii qaz yataqlarının aşkar olunması son onillikdə bölgəyə Avropa üçün «alternativ enerji mənbəyi» statusu verib və qonşular arasında təbii ehtiyatlara sahiblik hüququ istiqamətində çoxillik mübahisəni yenidən qızışdırıb. Bu barədə «Röyter» agntliyi Yunanıstan paytaxtından xəbər verib.

Yunanıstan, Kipr və İsrail arasında bölgəsel üçtərəfli görüş bu yaxınlarda dördtərəfli formata qədər genişlənib – Birləşmiş Ştatlar da bu sıraya qoşulub. Yaranan bölgəsel alyansa Misir də fəal maraq göstərir. Bütün bu tərəflərin Türkiyə ilə münasibətləri xeyli mürəkkəbdir və bu amil də quvvələrin cari vəziyyətinə və Aralıq dənizindəki maraqlara öz təsirini göstərir.

«Enerji daha geniş siyasi sabitlik üçün körpü ola bilər» – deyə, Afinada ABŞ-ın energetika nazirinin köməkçisi Frenk Fennon jurnalistlərə bəyan edib.

Kiprin energetika naziri Yorqos Lakkotripis isə öz növbəsində, xəbər verib ki, israilli, yunanıstanlı və amerikalı həmkarlarından öz ölkəsinin sözügedən ərazidə təbii ehtiyatların kəşfiyyatını aparmasına tam dəstək aldığını bildirib.
Kiprlə diplomatik münasibəti olmayan Türkiyə də Avropa İttifaqının (Aİ) üzvü olan bu ölkə ilə ərazidə təbii qazın kəşfiyyatı hüququna iddia edir və dəniz rayonlarına iddia irəli sürür. Bir müddət əvvəl Türkiyə Kipr sahillərinə 2 qazma gəmisi göndərib və bunu kiprli türklərin maraqlarının müdafiəsi adlandırıb. Türkiyənin bu addımını Kipr beynəlxalq dəniz hüququnun pozulması hesab edib ki, bu da Avropa İttifaqının Türkiyəyə qarşı sanksiyalarının tətbiqinə gətirib çıxardıb. Belə ki, iyul ayında Aİ ölkələri XİN başçıları Türkiyəyə qarşı sanksiyalar paketini təsdiqləyiblər. Cavabında, Türkiyə ərazidə geoloji-kəşfiyyat fəaliyyətini aktivləşdirəcəyini bəyan edib.

Ankara «Kiprin müstəsna iqtisadi zonası»nın sərhədlərinə iddia edir. Mayın əvvəlində Türkiyə əraziyə «Fatih» qazma gəmisini göndərib. Bundan sonra Kipr hakimiyyəti gəmi ekipajının həbs olunması barədə qərar çıxardıb. İyulun 10-da Türkiyənin Xarici İşlər Nazirliyi xəbər verib ki, daha bir qazma gəmisi («Yavuz») Kipr sularına (şərq istiqamətdən) daxil olub və tezliklə kəşfiyyat işlərinə başlayacaq.

Göründüyü kimi, Türkiyənin bütün istiqamətlərdən «mühasirəyə alınması» prosesi getdikcə fəallaşır ki, bu məsələdə beynəlxalq sionizmin dominant mövqeyi açıq-aşkar hiss olunur.

Mirzə AĞ
AzPolitika.info








loading...


Fikrinizi bildirin